“REAL ERMƏNİSTAN” İDEOLOGİYASI ERMƏNİ CƏMİYYƏTİNİN SÜLHƏ HAZIRLANMASINA XİDMƏT EDİR
Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ilin fevral ayında konkret layihə formatında irəli sürdüyü “Real Ermənistan ideologiyası”nın təbliğatı ilə şəxsən özü məşğul olaraq, keçirdiyi görüşlərdə bununla bağlı geniş məlumat verir, ictimai rəyi sülh prosesinə hazırlamağa çalışır. Oktyabrın 4-də İrəvanda yeni biznes mərkəzinin binasının açılış mərasiminə qatılan N.Paşinyan bir sıra məsələlərlə yanaşı, irəli sürdüyü ideologiyanın mahiyyətindən,…
