5 ildə Qarabağ və Şərqi Zəngəzurda mühüm iqtisadi potensial formalaşıb
Ölkəmizin sosial-iqtisadi inkişafını müəyyən edən beş Milli Prioritetdən biri olan işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin rayonlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Müasir infrastrukturun qurulması, yeni yaşayış məntəqələrinin inşası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və rahat qayıdışının təmin edilməsi istiqamətində tədbirlər yüksək sürətlə davam…
