Kreml Asiyada Dost Axtarır

Rusiya Prezidenti Vladimir Putin son aylarda xarici səfərlərinin sayını artırıb. O ilk növbədə Ukrayna müharibəsində Rusiyaya dəstək verən dövlətlərə üstünlük verib. Kreml sahibi Çindən sonra Şimali Koreya və Vyetnama səfər edib. Vladimir Putin Koreya Xalq Demokratik Respublikasına sonuncu dəfə 24 il əvvəl, yəni 2000-ci ildə səfər etmişdi. Putində başqa keçmiş SSRİ liderlərindən heç biri, o…

ətraflı

ALMANİYANIN SÜRYANİ ORTODOKS KİLSƏSİNİN NÜMAYƏNDƏ HEYƏTİ MULTİKULTURALİZM MƏRKƏZİNDƏ OLUB

İyunun 18-də Azərbaycanda səfərdə olan Almaniyanın Süryani Ortodoks Kilsəsinin Nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub. Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nümayəndə heyətinin tərkibinə Almaniyadakı Suriya Pravoslav Kilsəsinin Ekumenik Məsələlər üzrə Arxiyepiskopu Julius Hanna Aydın, Süryani Ortodoks Mor Yaqub Dasruq Kilsəsinin Arxidyakonu Abuna Murat Üzel, Fray Universitetinin…

ətraflı

TDAM rəhbəri türkiyəli tədqiqatçılarla “Türk Dünyası 2040 Vizyonu”nu müzakirə edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Niğde Ömer Halisdemir Universitetinin nümayəndələri ilə görüş keçirib. Görüşdə “Türk Dünyası 2040 Vizyonu” və Türk dövlətlərinin iqtisadi inteqrasiyası ilə bağlı qarşıya qoyulan hədəflərə nail olmaq üçün akademik qurumlar və tədqiqat mərkəzlərinin birgə fəaliyyəti müzakirə olunub. Vüsalə Cəfərova Türk…

ətraflı

London Hədəflərini Müəyyənləşdirib

Ukraynaya əsas dəstək verən dövlətlərdən biri Böyük Britaniyadır. Bu ölkənin baş naziri Rişi Sunak bir müddət əvvəl Kiyevə səfər edərək Ukrayna ilə təhlükəsizlik sahəsində strateji saziş imzaladı. Daha sonra oxşar sazişlər digər ölkələr də müharibə aparan Ukrayna ilə imzaladılar. Rişi Sunak keçmiş baş nazir Devid Kemeronu xarici işlər naziri təyin etdikdən sonra Londonun xarici siyasətində…

ətraflı

Sallivan Qriqoryana Nə Deyib?

İsveçrədə Ukrayna ilə bağlı Sülh Forumunda iştirak edən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ikitərəfli görüşlər çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla fikir mübadiləsi aparıb. Görüşdə Ermənistan-Amerika təhlükəsizlik əməkdaşlığının aspektləri, həmçinin Ermənistanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsində ABŞ-ın dəstəyi müzakirə edilib. Bu görüşün ardınca Vaşinqtondan İrəvana qısa məzmunlu mesaj göndərilib: “Tərəfinizi seçin, Kollektiv…

ətraflı

Konqresmenlərin Səfəri Gərginliyi Artıracaq

Rusiya ilə yanaşı Çin də müxtəlif sanksiyalarla üz-üzədir. Pekin Vaşinqtondan sanksiyaların ortadan qaldırlmasını tələb edir. Bu baş verməsə Çin də ABŞ-a qarşı sanksiyalar tətbiq edə biləcəyini açıqlayıb. Cozef Bayden administrasiyası Çinlə mübarizədə yeni mərhələyə keçib. Vaşinqton Çinin süni intellekt üçün istifadə edilən çip texnologiyasına çıxışı ilə bağlı əlavə məhdudiyyətləri nəzərdən keçirir və bu, hazırda bazara…

ətraflı

Sülh Forumu Rusiyanı Dayandırmayacaq

Isveçrədə Ukrayna ilə bağlı başa çatan Sülh Forumunun yekun bəyanatını iştirak edən 90 ölkədən 81-i imzalayıb. İmzalamayanlar ölkələr arasında Səudiyyə Ərəbistanı, Hindistan, Meksika, Cənubi Afrika Respublikası və Braziliya var. Bu o ölkələrdir ki, Rusiya ilə də tərəfdaşlıq münasibətləri mövcuddur. Maraqlıdır ki, Rusiya ilə tərəfdaşlıq münasibətləri olan Türkiyə, Serbiya və Macarıstan yekun bəyanata imza atıblar. “Reuters”…

ətraflı

Əcnəbi Diplomatlar üçün “Xarici Siyasət Proqramı” yekunlaşıb

İyunun 14-də ADA Universitetinin və Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) əcnəbi diplomatlar üçün birgə təşkil etdiyi “Xarici Siyasət Proqramı” öz işini yekunlaşdırıb. 14 ölkəni təmsil edən 21 diplomat proqramı bitirərək sertifikat əldə ediblər. Bu münasibətlə ADA Universitetində keçirilən Məzun günündə ali təhsil müəssisəsinin dövlət, xarici və tələbə…

ətraflı

STM Türk Dövlətləri ilə bağlı yeni sorğu keçirdi/ İNFOQRAFİKA

Türk Dövlətləri Təşkilatının yüksələn nüfuzu onun yeni regional nizamın nüvəsi rolunda çıxış imkanlarını, türk dövlətlərinin rifahının və təhlükəsizliyinin bir-birindən asılı və kəsişən xüsusiyyətlərə malik olduğunu göstərir. Regionda formalaşan yeni geosiyasi arxitekturanın Türk dünyasının yüksəlişi yönündə olduğunu nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan cəmiyyətinin türk dövlətləri arasında əməkdaşlıq çərçivəsi barədə fikirlərini öyrənmək məqsədilə ictimai rəy sorğusu…

ətraflı

BMTM və Qırğız Respublikasının Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutu arasında birgə elmi nəşrlərin hazırlanması barədə razılıq əldə olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bişkek şəhərinə səfəri çərçivəsində 12 iyun 2024-cü il tarixində Qırğız Respublikasının Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutunda görüş keçirilib. Sözügedən beyin mərkəzinin direktoru Sancar Mukanbetov institutun fəaliyyət istiqamətləri haqqında məlumat verərək son vaxtlar təşkilati baxımdan yenidən strukturlaşma baş verdiyini bildirib. Görüş…

ətraflı