İrana hücumda onlar da iştirak ediblər

İsrailin İrana hücum etdiyi gün ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Taftan bölgəsində baş verən hücum nəticəsində 10 iranlı sərhədçi həlak olub. Sistan və Bəlucistan İranın ən həssas bölgələrindəndir. Bu bölgə silahlı qrupların tez-tez İran qüvvələrini hədəf aldığı hücumları və adam oğurluğu ilə məşhurdur. Son hücumalara görə məsuliyyəti “Ceyş əl-Adl” (ərəbcə “Ədalət Ordusu”) öz üzərinə…

ətraflı

ERMƏNİSTANIN FƏALİYYƏTİ AZƏRBAYCANLA SÜLHƏ DAHA BÖYÜK MANEƏ YARATMAĞA BAŞLAYIR

Azərbaycanla sülh sazişi imzalanmasında maraqlı olduğunu bəyan edən Ermənistan hələ də əməldə fərqli mövqe nümayiş etdirir. İlk növbədə Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəanı aradan qaldırmaqdan yayınır. Halbuki, bu müddəanın ləğvi iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının başlıca şərtidir və bu, Ermənistan rəhbərliyinə də yaxşı məlumdur. Azərbaycanın bu xüsusda tələbi beynəlxalq…

ətraflı

AZƏRBAYCAN-PAKİSTAN ƏLAQƏLƏRİ BÜTÜN SAHƏLƏRDƏ İNTENSİV XARAKTER ALIB

BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Pakistan müsəlman dünyasında böyük nüfuza malikdir. Bu mənada, Pakistanla sıx əməkdaşlıq Azərbaycana böyük bir coğrafiyada maraq və mənafelərini təmin etmək, daha çox müsəlman dövlətinin dəstəyini qazanmaq imkanı yaradır. Hər iki ölkənin strateji tərəfdaşlıq əlaqələri, eyni zamanda, diplomatik sferada maraqların uzlaşdırılmasına imkanlar açır….

ətraflı

“YAŞIL İNKİŞAF” PRİNSİPLƏRİ AZƏRBAYCANDA UĞURLA TƏTBİQ EDİLİR VƏ BU, COP29-DA ƏN YAXŞI NÜMUNƏLƏRDƏN BİRİ OLACAQ

Dünya ölkələrinin tərəqqisində artıq “yaşıl inkişaf” prinsiplərinin ön planda yer alması zəruri şərtə çevrilir. Əks halda iqlim dəyişmələrinin mənfi fəsadları getdikcə daha qabarıq şəkildə özünü büruzə verəcək və bunu  BMT-nin yeni hesabatı da təsdiq edir. Hesabatda vurğulanır ki, illik istixana qazı tullantılarının həcmi artıq ən yüksək səviyyəyə çatıb. Təşkilat belə hesab edir ki, temperatur artımının…

ətraflı

COP29 QLOBAL MİQYASDA SÜLH, DİALOQ VƏ ƏMƏKDAŞLIĞA YENİ İMKANLAR AÇIR

Noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesi Azərbaycanın qlobal çağırışları əsas tutaraq, alternativ enerji mənbələrindən istifadə yönümündə həyata keçirdiyi tədbirlərin dünyada böyük maraqla qarşılandığını göstərir. Ötən dövrün reallıqları həm də onu sübut edir ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı verilən qərar dəqiq hesablanmış,…

ətraflı

QƏRBİN YENİ ANTİ-AZƏRBAYCAN KAMPANİYASI DA İFLASA MƏHKUMDUR

Qərbi təmsil edən bəzi dövlətlərin və təşkilatların digər ölkələrin daxili işlərinə qarışması, yaxud buna cəhd etməsi halları nəinki davam edir, hətta getdikcə daha geniş miqyas alır. Tarixən Qərb dövlətləri başqlarının daxili işlərinə müxtəlif formalarda, o cümlədən hərbi aksiyalar, iqtisadi sanksiyalar, gizli əməliyyatlar və diplomatik təzyiqlərlə müdaxilə ediblər. Bu müdaxilə əsas etibarı ilə demokratiyanın, insan haqlarının…

ətraflı

KAZAN GÖRÜŞÜ YEKUN SÜLH SAZİŞİ İSTİQAMƏTİNDƏ DANIŞIQLARI SÜRƏTLƏNDİRƏ BİLƏR

Qarabağdakı separatçı rejimin iflasından sonra əsassız bəhanələrlə sülh masası arxasına oturmaqdan imtina edən Ermənistan son aylarda Azərbaycanın uğurlu siyasi, diplomatik və hərbi gedişləri qarşısında geri çəkilib, yeni geosiyasi vəziyyətlə barışmağa, birbaşa danışıqlarda iştiraka məcbur olub. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında oktyabrın 24-də Kazan şəhərində keçirilən görüş yekun sülh sazişi…

ətraflı

AZƏRBAYCAN COP29 ÇƏRÇİVƏSİNDƏ QLOBAL CƏNUB VƏ QLOBAL ŞİMAL ARASINDA İQLİM ÜZRƏ ƏMƏKDAŞLIĞA MÜHÜM TÖHFƏLƏR VERİR

İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra dünya tarixində ölkələrin sülh içində yaşamaları və genişmiqyaslı əməkdaşlıq münasibətləri qurmaları üçün yeni bir mərhələ başlandı. Bu fürsətdən istifadə olunması təkcə müharibənin nəticələrini uğurla aradan qaldırmağa xidmət etmədi, həm də bir çox xalqların  müstəmləkə əsarətindən xilas olaraq azadlıqlarına, suverenliklərinə qovuşması ilə nəticələndi. Birgə əməkdaşlıq sayəsində 1950-1960-cı illərdə Avropanın və…

ətraflı

BRICS – iqtisadi inteqrasiya üçün strateji tərəfdaşlığın yeni istiqaməti

Azərbaycanın BRICS-də iştirakı strateji uğurlar və iqtisadi əməkdaşlıq perspektivləri vəd edir. Prezident İlham Əliyevin  Rusiyaya səfəri və Kazan şəhərində XVI BRICS Sammitində iştirakını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib ki, BRICS 2009-cu ildə ticarət, investisiya və maliyyə əməkdaşlığını artırmaq, elm, texnologiya və innovasiyalar…

ətraflı

İİTKM-in şöbə müdiri beynəlxalq “ EFE 2024” konqresində təqdimatla çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəznində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Türkiyənin İstanbul şəhərində 24-26 oktyabr tarixlərindən hibrid formatda keçirilən 6-cı Beynəlxalq İqtisadiyyat, Maliyyə və Enerji Konqresində (EFE 2024) təqdimatla çıxış edib. Təqdimat “Orta Dəhlizin Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın artmasındakı rolu” mövzusunda olub. V. Cəfərova təqdimatında…

ətraflı