Dövlət Statistika Komitəsi və “Bakı Metropoliteni” QSC-nin rəsmi internet səhifəsindən əldə edilən məlumatlara əsasən, 2024-cü ilin I yarımilində metro ilə daşınan sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% artaraq 113 195 216 nəfər təşkil edib. Bu rəqəm 2023-cü ilin eyni dövründə 108 766 677, ilin sonunda isə 219 452 239 nəfər təşkil edib.
Qeyd edək ki, 2023-cü ildə daşınan sərnişinlərin sayı 2022-ci il ilə müqayisədə 5,2% çox olub. 2022-ci ildə metrodan istifadə edən sərnişinlərin sayı 2021-cü ilə nisbətdə 131,3% və ya 2,3 dəfə çox olub. Bu isə pandemiya dövründə olan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı olub.
Son 5 ildə metro işçilərinin sayında da artım müşahidə olunub. Bu müddət ərzində yeni stansiyaların istifadəyə verilməsi nəticəsində metro işçilərinin sayı daha dəqiq desək 5,8% və ya 246 nəfər artıb. Son statistik göstəricilərdə metroda işləyən şəxslərin sayı 4491 nəfər təşkil edib. Bu da 2023-cü il ilə müqayisədə 0,4% və ya 20 nəfər artım deməkdir. 2023-cü ildə isə metro işçilərinin sayı 128 nəfər və ya 2,9% artaraq 4471 nəfər olmuşdu.
Son 5 ildə metro əməkdaşlarının orta aylıq əməkhaqqı məbləği 54,5% və ya 456,1 manat artıb. Ən yüksək artım 2022-ci ildə qeydə alınıb. Həmin il metroda çalışan şəxslərin orta aylıq əməkhaqqı məbləği 2021-ci il ilə müqayisədə 34,6% və ya 276,4 manat artaraq 1075,1 manata çatıb.
Cari ilin I rübündə metroda çalışan şəxslərin orta aylıq əməkhaqqı məbləği 1293,4 manat təşkil edib ki, bu da ötən ilin göstəricisindən 5,1% və ya 62,5 manat çoxdur.
2023-cü ildə isə metro işçilərinin orta aylıq əməkhaqqı məbləği 1230,9 manat olub və bu, 2022-ci il ilə müqayisədə 14,5% və ya 255,8 manat artım deməkdir.
Daha ətraflı: https://mtm.az/x%c9%99b%c9%99rl%c9%99r/metro-il%c9%99-bagli-son-5-ilin-%c9%99sas-gost%c9%99ricil%c9%99rinin-muqayis%c9%99si/