06.05.2024-cü il tarixində İqtisadi Elmi Tədqiqat İnstitutunun Sosial siyasət və humanitar sahələr şöbəsinin əməkdaşları Təlim Tədris Mərkəzinin təşkilatçılığı ilə “Avropa və beynəlxalq səviyyədə böhranların idarə edilməsi” mövzusunda onlayn formatda keçirilmiş təlimdə iştirak ediblər.
Fransanın Milli Dövlət Xidməti İnstitutu və Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Fransada keçirilmiş təlimdə iştirak etmiş İqtisadiyyat Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin Regionlarla iş sektorunun baş məsləhətçisi Cavid Qədimov iştirakçılara sözügedən təlim barədə ətraflı məlumat verdi. Təlimdə böhranların idarə edilməsinin əsas prinsipləri, müasir yanaşmalar, qarşıya çıxan problemlər və risklər barədə məlumatlarla yanaşı, mövcud beynəlxalq təcrübələr əsasında ölkəmizdə böhranların daha effektiv şəkildə idarə edilməsinə dair məruzəçinin təklif və tövsiyələri də dinlənilmişdir.
Daha ətraflı: http://esri.gov.az/az/article/185