19 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Sosial Tədqiqatlar Mərkəzi (STM), Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Bakı Mətbuat Müşavirliyi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda dəyirmi masa tədbiri keçirilib.
Tədbirin açılışında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Medianın İnkişaf Agentliyinin rəhbəri Əhməd İsmayılov və Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxış edib.
Tədbirdə media nümayəndələri iştirak edəcək, həmçinin tədbir çərçivəsində keçiriləcək panellərdə media orqanlarının və aparıcı KİV-lərin rəhbərləri çıxış edib.
Həmçinin, Türkiyə və Azərbaycan Media Platforması çərçivəsində təşkil olunan tədbirdə iki ölkə arasında media sahəsində əməkdaşlığın cari vəziyyəti, əldə olunan nailiyyətlər və gələcək perspektivlər müzakirə edilib.
Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən imzalanan “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu” imzalanıb. Sənədin imzalanması ilə Türkiyə-Azərbaycan ortaq media platforması yaradılıb.