Vüsal Qasımlı Budapeşt Balkan Forumunda iştirak edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Macarıstanda Budapeşt Balkan Forumunda iştirak edir.

V.Qasımlının xüsusi qonaq kimi qatıldığı forumda Balkan bölgəsində enerji və nəqliyyat-logistika təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu xüsusilə vurğulanıb. Bildirilib ki, Xəzər, Qara dəniz və Aralıq dənizi hövzələri arasında əməkdaşlığın inkişafı regionda sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Qeyd edək ki, təşkilatçısı Macarıstanın Beynəlxalq Münasibətlər İnstitutu olan Budapeşt Balkan Forumu bu il 8-ci dəfədir keçirilir. İki gün davam edən forumda 20-dən artıq ölkənin rəhbər şəxsləri, eləcə də iqtisadçı ekspertlər iştirak edirlər.

https://ereforms.gov.az/az/media/xeberler/vusal-qasimli-budapest-balkan-forumunda-istirak-edir-1001