İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Ayhan Satıcının “Think Visegrad – V4” beyin mərkəzləri platformasının rəsmi internet resursunda “Orta Dəhlizin Vişeqrad Qrupu (V4) ölkələrinə təsirinin araşdırılması” adlı tədqiqat materialı dərc olunub.
Araşdırma “Think Visegrad – V4” beyin mərkəzləri platformasının və Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun (HİİA) təşkilatçılığı ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə araşdırmaların aparılmasına dair əməkdaşlıq proqramı çərçivəsində hazırlanıb.
Yazıda qeyd olunub ki, V4-ün Orta Dəhlizdə iştirakı iqtisadi əməkdaşlığın inkişafına və ticari əlaqələrin möhkəmlənməsinə kömək edə bilər. Həmçinin, enerji təhlükəsizliyinin təminatı baxımından enerji təchizatının inkişafı və şaxələndirilməsi də vacib faktor kimi vurğulanıb.
Məqalə ilə təqdim olunan link vasitəsilə tanış ola bilərsiniz: https://think.visegradfund.org/fellowship-papers/