POLŞA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNƏ HÖRMƏT EDƏN BƏYANATLARINI KÖLGƏ ALTINA SALDI

Bir neçə gün bundan qabaq Polşa Prezidenti Anje Dudanın Ermənistana səfəri çərçivəsində Avropa İttifaqı müşahidə missiyasının fəaliyyətini yerində izləməsi, ən əsası da “binokl şousu”nun tərkib hissəsi olması rəsmi Bakının haqlı etirazı ilə qarşılandı. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi bu hadisəni pisləyərək ölkəmizin bu qeyri-dost aksiyaya cavab olaraq müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxladığını bəyan…

ətraflı

ERMƏNİSTANIN REGİONDA HƏRBİ BALANSA NAİL OLMAQ CƏHDLƏRİ İFLASA MƏHKUMDUR

Qlobal proseslərin mənfi təsirləri fonunda Azərbaycan nəinki sabit inkişaf tempini qoruyub saxlayır, eyni zamanda, mühüm sosial-inftastruktur layihələri reallaşdırır. Hazırda parlamentdə birinci oxunuşda qəbul edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ölkəmizin qarşıdakı il üçün nəzərdə tutduğu sosial təminat, müdafiə və təhlükəsizlik məsələlərinin, eləcə də əsaslı kapital qoyuluşu ilə bağlı hədəflərin uğurlu realizəsinə…

ətraflı

YAŞIL İNKİŞAF STRATEGİYASI AZƏRBAYCANA TƏRƏQQİSİNDƏ DAHA BÖYÜK UĞURLAR QAZANDIRIR

Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində aparılan müzakirələr bir daha təsdiq etdi ki, yaşıl inkişaf strategiyası müasir dünyanın ekoloji, iqtisadi və sosial problemlərinin həlli üçün sadəcə bir seçim deyil, həm də zərurətdir. Sözügedən strategiya bərpa olunan enerjinin, resursların səmərəli idarə edilməsinin, davamlı kənd təsərrüfatının yaradılmasının təşviqinə xidmət…

ətraflı

NATO AZƏRBAYCANIN YAŞIL ENERJİ SAHƏSİNDƏKİ POTENSİALINI YÜKSƏK DƏYƏRLƏNDİRİR

Dövlət müstəqilliyini əldə etdikdən sonra avrostrukturlara sıx inteqrasiya kursunu seçmiş Azərbaycan xarici siyasət və hərbi təhlükəsizlik doktrinasında Şimali Atlantika Müqaviləsi Təşkilatı – NATO ilə əməkdaşlığı əsas prioritetlərdən biri elan edib. Respublikamızın təşkilatla genişmiqyaslı 1994-cü ildə “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulub. Rəsmi Bakı SNT sənədinin prinsiplərinə əsaslanmaqla, sonrakı dövrdə NATO ilə qarşılıqlı…

ətraflı

PREZİDENT İLHAM ƏLİYEV VƏ DONALD TRAMP GÜCLÜ ƏMƏKDAŞLIQ ÜÇÜN QARŞILIQLI İRADƏ NÜMAYİŞ ETDİRİR

Prezident İlham Əliyevin Donald Trampla telefon söhbəti zamanı onu ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik etməsi ikitərəfli münasibətlərdə yeni mərhələ kimi xarakterizə oluna bilər. Çünki tərəflərin haqqında danışdığı məsələlər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və regional təhlükəsizlik baxımından olduqca önəmlidir. Prezident İlham Əliyev Trampın ilk prezidentlik dövründə Azərbaycanla ABŞ arasında əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi diqqət yetirildiyini qeyd edib. Bu,…

ətraflı

AZƏRBAYCANIN HƏR HANSI TƏZMİNAT İDDİASI ERMƏNİSTANIN MƏHVİNİ SÜRƏTLƏNDİRƏCƏK

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün əldə edilməsi məsələsində yenə də nikbin danışıb və hətta bu ilin sonuna qədər sülh sazişinin bağlanmasının mümkünlüyünü bildirib. Paşinyanın nikbinliyinin hansı məqamlardan qaynaqlandığını demək çətindir, lakin onun  “sülh sazişi imzalandıqda İrəvan qarşılıqlı formada beynəlxalq məhkəmə iddialarından vaz keçməyə hazırdır” bəyanatı Ermənistan hakimiyyətində ciddi qorxuların olmasından xəbər verir. Bu…

ətraflı

COP29 DÜNYANIN YAŞIL GƏLƏCƏYİNƏ MÜSTƏSNA TÖHFƏLƏR VERƏCƏK

İqlim dəyişmələrinin mənfi fəsadları bütün planet boyu özünü getdikcə daha qabarıq formada büruzə verir və bu, bəşəriyyətin gələcəyi üçün əsas təhdidə çevrilir. Belə vəziyyətdə Yer kürəsində mövcud ekosistemlərini qorumaq, iqtisadi və sosial rifahı gücləndirmək üçün vacib hesab olunan yaşıl gələcəyin qurulması da ciddi təhlükə altına düşür. Elə bu səbəbdən yaşıl gələcəyə təhlükə yaradan hallara qarşı…

ətraflı

COP29 AZƏRBAYCAN QARŞISINDA YENİ İMKANLAR AÇIR, ÖLKƏNİN İNVESTİSİYA CƏLBEDİCİLİYİNİ ARTIRIR

Hazırda dünya ölkələri üçün ən aktual məsələlərədən biri də “yaşıl enerji”yə keçiddir və bu, davamlı inkişafın artıq əsas şərtlərindən birinə çevrilməkdədir. Ən əsası da iqlim böhranının aradan qaldırlmasında məhz “yaşıl enerji”dən istifadə həlledici əhəmiyyət kəsb edir, istixana qazı emissiyalarını böyük ölçüdə azaltmağa imkan verir. Ümumiyyətlə, ekoloji, iqtisadi və texnoloji amillərin birləşməsi “yaşıl enerji”yə uğurlu keçidə…

ətraflı

COP29 ƏLEYHİNƏ APARILAN QƏRƏZLİ KAMPANİYALAR İFLASA MƏHKUMDUR

Qlobal iqlim problemlərini müzakirə olunacağı mötəbər COP29 konfransı yaxınlaşdıqca, anti-Azərbaycan şəbəkəsinin, eləcə də erməni lobbisi və diasporunun ölkəmizə qarşı qərəzli iddialarının intensivləşməsi müşahidə edilir. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının və Medianın İnkişafı Agentliyinin (MEDİA) bununla bağlı birgə açıqlamasında bildirilir ki, “X” sosial media platformasında Azərbaycan Respublikasında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə…

ətraflı

COP29 İQLİM BÖHRANI İLƏ MÜBARİZƏDƏ YENİ MƏRHƏLƏNİN BAŞLANĞICI OLACAQ

Bu gün dünyanın bütün ölkələri üçün iqlim dəyişikliyi problemi getdikcə daha aktual və kəskin xarakter daşımaqdadır. Elə bu səbəbdən  bir çox ölkələr karbon qazı və digər zərərli maddələrin sıfır emissiyasına nail olmağa və bərpa olunan enerji mənbələrinə keçid prosesi istiqamətində müvafiq addımlar atmağa çalışırlar. Bu, həm də dünya ictimaiyyətinin tələbinə çevrilir. BMT-nin nəzdində fəaliyyət göstərən…

ətraflı