ERMƏNİSTAN CƏMİYYƏTİNDƏ PARÇALANMA DƏRİNLƏŞİR: ÖLKƏ GEOSİYASİ QÜVVƏLƏRİN AÇIQ QARŞIDURMA MEYDANÇASINA ÇEVRİLİR
Ermənistanın geosiyasi çəkişmənin açıq mərhələsinin yeni məkanına çevriləcəyi barədə verilən proqnozlar özünü doğruldur. Proseslərin gedişi göstərir ki, bu ölkə əvvəlki kimi müstəqil siyasət yürütmək iqtidarında deyil və özünə hami axtarır. Lakin elə bu məsələnin özündə erməni cəmiyyətində, siyasi qüvvələri arasında ciddi parçalanma hökm sürməkdədir. 2018-ci ilə qədər cəmiyyətdə mütləq əksəriyyət Ermənistanın Rusiyanın orbitində qalmasının tərəfdarı…
