Türk Dünyası ölkələri sığorta sahəsində əməkdaşlığı gücləndirir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı Şuşa şəhərində Türk Dünyası Sığorta Birliyinin (TDSB) birinci Assambleyasında iştirak edib. Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) iştirakı ilə təşkil olunan Assambleyada  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının…

ətraflı

İİTKM-in əməkdaşlarının məqaləsi “anewz.tv”də dərc olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov və Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əldülrəhim Dadaşovun məqaləsi ingilisdilli  “anewz.tv”də dərc olunub. Dünyada inteqrasiya prosesləri gündəlik həyatın ayrılmaz tərkib hissəsinə çevrilib. Son dövrlər isə proseslərin daha da intensivləşməsi nəticəsində inteqrasiya vasitələri, xüsusilə nəqliyyat xidmətləri iqtisadi tərəqqidə mühüm əhəmiyyət kəsb edir. Qlobal və…

ətraflı

Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti

Müasir iqtisadi rəqabət yalnız sənaye potensialı ilə deyil, bilik və ondan səmərli istifadə, başqa sözlə, intellektual imkanların tətbiqi ilə müəyyən edilir. Bilik iqtisadiyyatı sənaye dövrünün mümkünsüz hesab etdiyini mümkün edir və reallaşdırır. Təbii ki, bilik iqtisadiyyatının irəli sürdüyü həll yolları bazarlarda yeni tendensiyaların formalaşmasına gətirib çıxarır. Sənaye dövründən fərqli olaraq, daha sürətli böyümə fürsətləri, daha…

ətraflı

İİTKM-in əməkdaşı Çində elektron hökumət və rəqəmsal ictimai xidmətlər üzrə beynəlxalq seminarda iştirak edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Rəşad Nəcəfli Çində keçirilən “Bir Kəmər, Bir Yol ölkələri üçün elektron hökumət və rəqəmsal ictimai xidmətlərin idarəetmə bacarıqlarının gücləndirilməsi üzrə beynəlxalq seminar”da iştirak edib. Təlim proqramı elektron hökumət və rəqəmsal ictimai xidmətlərin idarə edilməsinin tarixi inkişafı, beynəlxalq tendensiyalar, Çində elektron hökumət texnologiyalarının tətbiqi,…

ətraflı

Vüsal Qasımlı Polşa İqtisadi Forumunda “Orta dəhliz” kitabını təqdim edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, prof. Vüsal Qasımlı Polşanın Karpaç şəhərində keçirilən 34-cü İqtisadi Forumda çıxış edib. Bu ilki forum “Keçid dövrü – Avropanı nə gözləyir?” (Time of Transition – What Future for Europe?) mövzusuna həsr olunub. Mərkəzi və Şərqi Avropanın ən böyük müzakirə platformasına çevrilən  Polşa İqtisadi Forumunda dünyanın 60-dan…

ətraflı

Azərbaycanda dekarbonizasiya investisiyalarında maliyyə dayanıqlılığı

“Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatına görə, Azərbaycanda dekarbonizasiya investisiyalarının diversifikasiyası ölkədə maliyyə dayanıqlığının təmin olunmasında əsas amildir. Hesabatda bildirilir ki, 2030-cu ilə qədər Mərkəzi Asiya və Qafqaz ölkələrinin iqtisadi və sosial inkişaf hədəflərinə nail olmaq üçün təxminən 120 milyard ABŞ dolları həcmində investisiyaya ehtiyac duyulacaq. Bu məbləğ ümumi daxili məhsulun (ÜDM) təxminən 14%-nə bərabər olmaqla,…

ətraflı

İİTKM-də Asiya İnkişaf Bankı nümayəndələri ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüş keçirilib. Görüşdə “COP29: Potensialın inkişafı – Azərbaycan üzrə diaqnostik tədqiqat: Yaşıl, diversifikasiya olunmuş və davamlı iqtisadiyyatda iş bacarıqları” adlı texniki yardım layihəsi çərçivəsində müzakirə aparılıb. Giriş nitqi ilə çıxış edən İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn Mərkəzin fəaliyyəti ilə bağlı qonaqlara geniş…

ətraflı

İİTKM “World Business Outlook” tərəfindən “Texnologiya” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Birləşmiş Ərəb Əmirliklərində yerləşən “World Business Outlook” beynəlxalq media qurumunun təşkil etdiyi “World Business Annual Awards 2025” müsabiqəsində “Texnologiya” nominasiyası üzrə qalib olub. Mərkəz bu nüfuzlu mükafata dövlət idarəetməsində rəqəmsal texnologiyaların geniş tətbiqi, innovativ platformaların yaradılması və nəticəyönlü idarəetmə yanaşmalarının həyata keçirilməsi istiqamətindəki uğurlarına görə layiq görülüb. Mükafatın…

ətraflı

Azərbaycan regionun siyasi-iqtisadi lokomotivi rolunda

Azərbaycanın Çinlə əlaqələrinin sürətlə inkişafı ölkəmizi yalnız Avropa ilə Asiya arasında strateji qovşaq halına gətirmir, eyni zamanda Türk Dövlətləri və Qafqaz ölkələrinin iqtisadi dirçəlişinə də mühüm dəstək verir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətin nəticəsidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalının rəhbəri Ayxan Qədəşov qeyd edir ki, Prezidentin son…

ətraflı

Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır

Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanla Çinin dostluq və hərtərəfli əməkdaşlığını xüsusi vurğulayıb, iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanatın imzalanmasını isə tarixi hadisə adlandırıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, Azərbaycan-Çin münasibətlərinin uğurla inkişaf etməsi hər iki dövlət başçısının ortaq siyasi iradəsi…

ətraflı