MULTUKULTURALİZM MƏRKƏZİNİN MƏRAKEŞDƏ RƏSMİ GÖRÜŞLƏRİ KEÇİRİLİB

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənovun Mərakeşə səfəri davam edir. R.Həsənov səfər çərçivəsində ICESCO-nun Baş direktoru Salim Əl-Maliklə görüşüb. ICESCO-nun Baş Qərargahında keçirilən görüşdə Azərbaycanın multikulturalizm siyasəti, eləcə də BBMM-in fəaliyyəti, həyata keçirdiyi layihələr, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Qarşılıqlı informasiya mübadiləsinin vacibliyi vurğulanıb. Multikulturalizm Mərkəzinin rəhbəri R.Həsənovun səfər çərçivəsində digər görüşü…

ətraflı

SOCAR-ın əməkdaşları üçün keçirilən təlim proqramı yekunlaşıb

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşları üçün təşkil edilən yeddi aylıq “Liderlik məharəti – orta xətt rəhbərlərin səlahiyyətləndirilməsi” mövzusundakı təlim proqramı yekunlaşıb. Bu münasibətlə iyulun 10-da ADA Universitetində proqramı uğurla başa vuran 151 iştirakçıya sertifikatlar təqdim edilib. Mərasimdə ADA Universitetinin icraçı prorektoru, eləcə də İnkişaf və Diplomatiya…

ətraflı

“Qlobal çağırışlar və sosial elmlər” mövzusunda dəyirmi masa keçirildi

Sosial Tədqiqatlar Mərkəzində   27 iyun 2024-cü ildə “Qlobal çağırışlar və sosial elmlər” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə STM-in idarə heyətinin sədri Zahid Oruc, millət vəkilləri Fazil Mustafa, Etibar Əliyev, Hikmət Məmmədov, Elşad Mirbəşiroğlu, Ceyhun Məmmədov, Elman Nəsirov, Bəhruz Məhərrəmov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnsitutunun direktoru İlham Məmmədzadə, ali məktəblərdən Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov,…

ətraflı

“Qoy sahillər təmiz olsun” – fəallar Buzovna çimərliyini tullantılardan təmizlədilər

Bakıdan 24 km məsafədə yerləşən Buzovna kəndindəki çimərliklərdən birini tullantılardan təmizləmək üçün doqquzuncu aksiya keçirilib. Burada təbiətə biganə qalmayan əksəriyyətini gənclərin təşkil etdiyi 300-dən çox könüllü iştirak edirdi. Hər il çimərlik mövsümü başlanmazdan öncə sahilyanı ərazilərin təmizlənməsi üçün kampaniya keçirilir. Bu barədə Eurasia Diary xəbər verir. Tədbirin əsas məqsədi təmizləmənin özü deyil, azərbaycanlıların ekologiya ilə bağlı problemlərə…

ətraflı

Rusiya-Azərbaycan Ekspert Şurasının V iclası keçirilib

Bakıda “Rusiya və Azərbaycanın çoxtərəfli layihə və təşəbbüslər çərçivəsində əməkdaşlığı” mövzusuna həsr edilmiş Ekspert Şurasının V iclası keçirilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə keçirilən iclasda Rusiya-Azərbaycan arasında ikitərəfli münasibətlər, regional və qlobal gündəmin müxtəlif məsələləri əsas müzakirə mövzuları olub. Fərid Şəfiyev bildirdi ki, 2021-ci ildən fəaliyyət göstərən Ekspert Şurasının…

ətraflı

ALMANİYANIN SÜRYANİ ORTODOKS KİLSƏSİNİN NÜMAYƏNDƏ HEYƏTİ MULTİKULTURALİZM MƏRKƏZİNDƏ OLUB

İyunun 18-də Azərbaycanda səfərdə olan Almaniyanın Süryani Ortodoks Kilsəsinin Nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub. Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nümayəndə heyətinin tərkibinə Almaniyadakı Suriya Pravoslav Kilsəsinin Ekumenik Məsələlər üzrə Arxiyepiskopu Julius Hanna Aydın, Süryani Ortodoks Mor Yaqub Dasruq Kilsəsinin Arxidyakonu Abuna Murat Üzel, Fray Universitetinin…

ətraflı

TDAM rəhbəri türkiyəli tədqiqatçılarla “Türk Dünyası 2040 Vizyonu”nu müzakirə edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Niğde Ömer Halisdemir Universitetinin nümayəndələri ilə görüş keçirib. Görüşdə “Türk Dünyası 2040 Vizyonu” və Türk dövlətlərinin iqtisadi inteqrasiyası ilə bağlı qarşıya qoyulan hədəflərə nail olmaq üçün akademik qurumlar və tədqiqat mərkəzlərinin birgə fəaliyyəti müzakirə olunub. Vüsalə Cəfərova Türk…

ətraflı

Əcnəbi Diplomatlar üçün “Xarici Siyasət Proqramı” yekunlaşıb

İyunun 14-də ADA Universitetinin və Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) əcnəbi diplomatlar üçün birgə təşkil etdiyi “Xarici Siyasət Proqramı” öz işini yekunlaşdırıb. 14 ölkəni təmsil edən 21 diplomat proqramı bitirərək sertifikat əldə ediblər. Bu münasibətlə ADA Universitetində keçirilən Məzun günündə ali təhsil müəssisəsinin dövlət, xarici və tələbə…

ətraflı

BMTM və Qırğız Respublikasının Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutu arasında birgə elmi nəşrlərin hazırlanması barədə razılıq əldə olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bişkek şəhərinə səfəri çərçivəsində 12 iyun 2024-cü il tarixində Qırğız Respublikasının Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutunda görüş keçirilib. Sözügedən beyin mərkəzinin direktoru Sancar Mukanbetov institutun fəaliyyət istiqamətləri haqqında məlumat verərək son vaxtlar təşkilati baxımdan yenidən strukturlaşma baş verdiyini bildirib. Görüş…

ətraflı

BMTM-in “Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı” ilə bağlı məruzəsinin təqdimatı keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə BMTM-in “Azərbaycanlı qaçqınların Ermənistana qayıdışı” ilə bağlı məruzəsinin təqdimatı keçirilib. Açılış nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli məruzənin əhəmiyyətini vurğuladı. Sədr bildirdi ki, azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışı beynəlxalq hüququn norma və prinsiplərinə əsasən mütləq və zəruridir. Bu proses…

ətraflı