İyulun 17 və 18-də Malayziyanın Kuala Lampur şəhərindəki Beynəlxalq İslam Düşüncəsi və Sivilizasiyası İnstitutunda (ISTAC-IIUM) “İslamofobiya və Təhsil” mövzusunda beynəlxalq dəyirmi masa keçirilir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov beynəlxalq dəyirmi masada məruzə ilə çıxış edib və tədbirin 2-ci günü isə “Birgə tərəfdaşlıqların araşdırılması” mövzusunda bölmə iclasının moderatorluğunu həyata keçirəcək.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Malayziyaya işgüzar səfəri çərçivəsində Malayziyanın Baş naziri Ənvər İbrahimlə görüşdə iştirak edib. Görüşdə Baş nazirlə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Eyni zamanda, görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təcrübəsinin təbliğ olunması və islamofobiya ilə mübarizədə Mərkəzin fəaliyyətinə də xüsusi diqqət yetirilib. Tədbirdə Malayziyada keçirilən “İslamofobiya və Təhsil” adlı dəyirmi masanın Azərbaycan, Malayziya, Pakistan, Türkiyə, Böyük Britaniya, ABŞ və İndoneziyadan olan digər iştirakçılar, alimlər və mütəxəssislər də qatılıblar.
Qeyd edək ki, görüşün məqsədi İslamofobiya və təhsillə bağlı işçi qrupunun yaradılmasıdır. Qrup islamofobiyanın universitet nizamına uyğun olaraq təhsil sahəsinə çevrilə biləcəyini araşdıracaq. Tələb olunan kursların əhatə dairəsi, onların tərtib edilməsi, İslamofobiya təhsilini sistemli və strukturlaşdırılmış şəkildə inkişaf etdirmək və sonra bu kursu dünya universitetlərində tətbiq etməkdir. İdeya islamofobiya təhsilini sistemli və strukturlaşdırılmış şəkildə inkişaf etdirmək və bu kursu dünya universitetlərinə təqdim etməkdən ibarətdir.