GƏLƏN İL SOSİAL MÜDAFİƏ TƏDBİRLƏRİ HÖKUMƏT ÜÇÜN PRİORİTET İSTİQAMƏTLƏRDƏN BİRİ OLACAQ
Dünyada geosiyasi gərginliklərin davam etdiyi, əmtəə və xidmətlərin ilbəil bahalaşdığı bir dövrdə iqtisadi artıma nail olan Azərbaycan hökuməti vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına, neqativ proseslərin həyat keyfiyyətinə mənfi təsirlərinin azaldılmasına xidmət edən islahatları davam etdirir. Ukrayna və Yaxın Şərqdəki müharibə səbəbindən bir sıra region ölkələrində qeydə alınan aşağı iqtisadi artım göstəricilərinə rəğmən, 2024-ci ilin yanvar-noyabr aylarında…
