Sosial Tədqiqatlar Mərkəzi: 7 illik institusional inkişaf və analitik fəaliyyət
Müasir dövrdə ictimai münasibətlərin çoxşaxəli xarakter alması və qlobal transformasiyaların milli səviyyədə təsirlərinin artması elmi əsaslı qərarvermə mexanizmlərinin rolunu əhəmiyyətli dərəcədə artırıb. Bu şəraitdə sosial tədqiqatlar sahəsində fəaliyyət göstərən beyin mərkəzləri dövlət-cəmiyyət münasibətlərinin təhlili, ictimai rəyin öyrənilməsi və sosial siyasətin formalaşdırılması baxımından mühüm institusional aktorlara çevrilib. Bu çağırışlar fonunda Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019-cu…
