“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq Sərəncam imzalanıb.
Sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə və digər aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib, icra müddətləri müəyyənləşdirilib.
Baş nazirin Sərəncamı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə operatoru olduğu “e-monitorinq” portalında Dövlət Proqramının icrasının monitorinqi və qiymətləndirilməsi üçün xüsusi modulun yaradılması tapşırılıb, habelə Dövlət Proqramı üzrə aidiyyəti icraçı qurumların operatoru olduqları elektron informasiya sistemlərinin “e-monitorinq” portalına inteqrasiyasının təmin olunması nəzərdə tutulub. Sərəncama müvafiq olaraq, Dövlət Proqramının icrasının monitorinqinin nəticələrinə dair illik hesabatlar hər il Nazirlər Kabinetinə təqdim olunacaq.
