Multikulturalizm Mərkəzinin müşaviri beynəlxalq konfransda çıxış edib
Yanvarın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfransda əvvəlcə Reyunyon adasına həsr edilmiş videoçarx nümayiş olunub. Konfransda Milli Məclisin deputatları, müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər…
