YELİSEYİN KÖHNƏLMƏYƏN AMBİSİYALARI: AZƏRBAYCAN ƏLEYHİNƏ QƏTNAMƏNİN PƏRDƏARXASI

Fransa Milli Assambleyasının 4 fevral 2026-cı il tarixində qəbul etdiyi Azərbaycan əleyhinə qətnamə, müasir beynəlxalq münasibətlər sistemində parlament diplomatiyasının necə bir təzyiq alətinə çevrilməsinin və eyni zamanda reallıqdan nə dərəcədə qopa biləcəyinin bariz nümunəsidir. Bu sənədin mahiyyətinə dərindən nüfuz etdikdə görünür ki, Paris bu addımı ilə sadəcə regional bir münaqişəyə münasibət bildirmir, həm də özünün…

ətraflı

AZƏRBAYCANIN SÜLHMƏRAMLI SƏYLƏRİ ABŞ-İRAN GƏRGİNLİYİNİN SAVAŞ MƏRHƏLƏSİNƏ KEÇMƏSİNİ ƏNGƏLLƏYİR

Tehran və Vaşinqton arasında Omanda baş tutan dialoq Yaxın Şərqdə yeni qanlı savaş ehtimalını xeyli dərəcədə aşağı salıb. 2025-ci ildə məlum  12 günlük müharibədən bəri ilk dəfə olaraq tərəflər arasında dialoq bərpa olunub. ABŞ tərəfi məsləhətləşmələrin nəticələrindən məmnun qalıb və İran rəhbərliyinin razılığa gəlməyə hazır olduğuna əminliyini bildirib.  İran Prezidenti Məsud Pezeşkian ölkəsi ilə ABŞ…

ətraflı

Azərbaycan-ABŞ iqtisadi əlaqələri: yeni mərhələnin əsas konturları

Son dövrlərdə Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı yüksək səviyyəli təmasların artması ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanması kimi xarakterizə edilə bilər. Bu mərhələ siyasi münasibətlərin möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın ön plana çıxması baxımından da əhəmiyyətlidir. ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana gözlənilən rəsmi səfərindən öncə ABŞ Ticarət Palatasının nümayəndə heyətinin Bakıya gəlməsi və Prezident…

ətraflı

Geostrateji tərəfdaşlıqdan qlobal humanitar liderliyə

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) bu həftə gerçəkləşən rəsmi səfəri və səfər çərçivəsində təqdim olunan “Zayed İnsan Qardaşlığı Mükafatı” (Zayed Award for Human Fraternity) Azərbaycan xarici siyasətinin keyfiyyətcə yeni və daha üstün bir mərhələyə daxil olduğunun nümayişidir. Bu hadisə sadəcə iki ölkə arasındakı isti münasibətlərin təzahürü deyil, eyni zamanda Azərbaycanın qlobal nizamda oynadığı…

ətraflı

Sosial Tədqiqatlar Mərkəzi: 7 illik institusional inkişaf və analitik fəaliyyət

Müasir dövrdə ictimai münasibətlərin çoxşaxəli xarakter alması və qlobal transformasiyaların milli səviyyədə təsirlərinin artması elmi əsaslı qərarvermə mexanizmlərinin rolunu əhəmiyyətli dərəcədə artırıb. Bu şəraitdə sosial tədqiqatlar sahəsində fəaliyyət göstərən beyin mərkəzləri dövlət-cəmiyyət münasibətlərinin təhlili, ictimai rəyin öyrənilməsi və sosial siyasətin formalaşdırılması baxımından mühüm institusional aktorlara çevrilib. Bu çağırışlar fonunda Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019-cu…

ətraflı

İRƏVANIN BALANS OYUNU: MOSKVA SƏFƏRİNDƏ BAKI İLƏ SÜLH GÜNDƏLİYİ ÖNƏ ÇIXDI

Son illərdə Rusiya-Ermənistan münasibətlərində açıq gərginlik müşahidə olunur. İrəvanın KTMT-dən narazılığı, Qərblə yaxınlaşma kursu və Moskvanın Cənubi Qafqazdakı rolunun zəifləməsi tərəflər arasında etimadı ciddi şəkildə sarsıdıb. Ermənistan rəhbərliyi son iki ildə dəfələrlə Rusiyanın təhlükəsizlik öhdəliklərini yerinə yetirmədiyini bildirib, Moskva isə İrəvanın Qərbə inteqrasiya cəhdlərini tənqid edib. Bu fon qarşılıqlı siyasi ritorikanın sərtləşməsinə və münasibətlərin soyuq…

ətraflı

AZƏRBAYCAN TÜRKİYƏYƏ DƏSTƏYİNİ STRATEJİ ƏMƏKDAŞLIQ KONTEKSTİNDƏ GÖRÜR

2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələ Türkiyə tarixinin ən ağır təbii fəlakətlərindən biri kimi yadda qaldı. Minlərlə insanın həlak olması, şəhərlərin viran qalması təkcə Türkiyə üçün deyil, bütün region üçün ciddi humanitar və psixoloji sarsıntı idi. Prezident İlham Əliyevin zəlzələnin ildönümü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda bu faciənin miqyası xüsusi…

ətraflı

“ZAYED İNSAN QARDAŞLIĞI” MÜKAFATI VƏ BAKININ QLOBAL SÜLH MESAJI

Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabiyə səfəri və “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışı təkcə diplomatik jest kimi deyil, həm də regionun və qlobal siyasətin aktual gündəmini əks etdirən mühüm siyasi mesajlar kontekstində diqqət çəkir. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən mərasim Azərbaycan-BƏƏ münasibətlərinin strateji səviyyəyə yüksəldiyini bir daha nümayiş etdirməklə yanaşı, rəsmi Bakının sülh, dialoq…

ətraflı

Vüsal Qasımlı: Məşğulluq strategiyasında yeni mərhələyə keçirik – MÜSAHİBƏ

Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən 2018-ci ildə “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”, 2020-ci ildə isə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Məşğulluq Strategiyasının həyata keçirilməsi ilə bağlı tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) həyata keçirir. Geridə qoyduğumuz 2025-ci ildə…

ətraflı

Azərbaycan qlobal sülhün yeganə orientiri kimi

Müasir beynəlxalq təhlükəsizlik dərin parçalanma dövrünü yaşayır. Bu dövr əsasən dövlətlərarası münaqişələrin artması ilə bərabər,  ənənəvi ittifaqların aşınması və qlobal qeyri-sabitliyin görünməmiş səviyyəsi ilə xarakterizə olunur. Belə bir fonda Azərbaycan Respublikası beynəlxalq münasibətlərin unikal subyekti kimi fərqlənir. Ölkə nəinki daxili sabitliyin yüksək göstəricilərini nümayiş etdirir, həm də qlobal sülh təşəbbüslərinin mərkəzinə çevrilir. Dünya siyasət araşdırmaları…

ətraflı