BTQ-nin modernləşdirilməsi: Logistika səmərəliliyi və strateji perspektivlər
Texnoloji tərəqqinin dünyanı vahid iqtisadi orqanizmə çevirdiyi müasir dövrdə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı qlobal ticarətin və iqtisadi inteqrasiyanın əsas hərəkətverici qüvvələrindən biridir. Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat marşrutlarından biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti regional və beynəlxalq yükdaşımaların həyata keçirilməsində strateji əhəmiyyət daşıyır. Bu baxımdan, BTQ xəttinin modernləşdirilməsi beynəlxalq yük axınlarının artmasından və…
