AVROPA İTTİFAQI AZƏRBAYCANIN YAŞIL ENERJİ VƏ NƏQLİYYAT POTENSİALINI YÜKSƏK DƏYƏRLƏNDİRİR
Ukraynada davam edən müharibə, Rusiya-Qərb münasibətlərindəki gərginliyin pik həddə çatması karbohidrogen ehtiyatlarından geosiyasi təzyiq aləti kimi istifadə meyillərini gücləndirib. Bu kontekstdə respublikamızın reallaşdırdığı enerji layihələri beynəlxalq əməkdaşlığın dərinləşməsinə, Azərbaycanın dünya neft-qaz bazarında sanballı yerini tutmasına zəmin yaradıb. Milli mənafelərə əsaslanan bu layihələr Azərbaycanı nəinki yerləşdiyi regionun, Avropa qitəsinin aparıcı təzhizatçılarından birinə çevirib. Azərbaycanın enerji resurslarının…
