MOSKVADAN İRƏVANA XƏBƏRDARLIQ; AZƏRBAYCANSIZ ERMƏNİSTANIN “SÜLH KƏSİŞMƏSİ” LAYİHƏSİ İFLASA MƏHKUMDUR
Azərbaycanla sülh müqaviləsi imzalamadan, ölkəmizlə əməkdaşlıq münasibətləri qurmadan Ermənistanın regional layihələrdə iştirakının qeyri-mümkün olması beynəlxalq miqyasda da qəbul edilən həqiqətdir. Elə bu səbəbdən indi Ermənistana məsləhət görülür ki, müxtəlif regional layihələrdə iştirak üçün Azərbaycanla əlaqələr yaratsın, ölkəmizin təşəbbüsü və ya iştirakçılığı ilə keçirilən iqtisadi transmilli proseslərə qatıla bilsin. Bu, Ermənistanın perspektiv inkişafı üçün əsas şərtlərdən…
