BEYNƏLXALQ REYTİNQ AGENTLİKLƏRİ ÖLKƏDƏKİ İNKİŞAF POTENSİALINI YÜKSƏK DƏYƏRLƏNDİRİR
Müharibə və geosiyasi gərginliklərin dünya iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq, bir sıra beynəlxalq maliyyə qurumları Azərbaycanın kredit reytinqlərini qənaətbəxş qiymətləndirirlər. Ölkəmizin iqtisadi artım tempi ilə bağlı açıqlanan bu nikbin proqnozlar qeyri-neft sektorunun inkişafını önə çəkən iqtisadi siyasətin səmərəli nəticələrindən xəbər verir. Bu hesabatlar həm xarici investorlar, həm də yerli iş adamları üçün mühüm mənbədir. Onlar bu…
