AZƏRBAYCAN QLOBAL MİQYASDA İRİ SƏRMAYƏDARA ÇEVRİLİR
Azərbaycanın qlobal investora çevrilməsi son illərdə ölkəmizdə formalaşan makroiqtisadi sabitliyin, çevik xarici siyasətin və uzunmüddətli strateji hədəflərin nəticəsidir. Ölkə iqtisadiyyatı artıq daxildəki əsaslı kapital qoyuluşlarını qarşılamaq, ixrac gəlirləri hesabına balans yaratmaq səviyyəsindən çıxaraq, beynəlxalq maliyyə bazarlarında fəal iştirak edən etibarlı tərəfdaş mövqeyinə yüksəlib. Makroiqsadi dayanıqlıq, aşağı borclanma səviyyəsi, iri valyuta ehtiyatları və institusional islahatlar nəticəsində…
