“Startup School 2 – AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsi davam edir. Növbəti təlim Amerika Birləşmiş Ştatlarının Nevada Universitetinin professoru Met Vestfild tərəfindən keçirilib.
“Dəyər Təklifləri” (Value Propositions) mövzusunda təşkil olunmuş sessiyada iştirakçılar ABŞ bazarında müəssisələrin qurulması və uğur qazanması üçün vacib olan təməl konsepsiyaları hərtərəfli tədqiq ediblər.
M.Vestfild Birləşmiş Ştatlarda biznes qurmağın incəliklərindən söz açaraq bazar reallıqlarından və innovativ ideyaların biznesin inkişafına təsirindən danışıb. Təlim iştirakçıları hədəf kütləsi ilə işləmə bacarığı, biznes mühitində rəqabət və ədalətin təmin edilməsi, bazara giriş maneələri və risklər barədə də məlumat alıblar.
Professor strateji planlaşdırmanın önəmini vurğulayaraq iştirakçılarla bərabər sahibkarlığın inkişaf etdirilməsi yollarını təhlil edib, bu yolda onlara inamlı olmağı tövsiyyə edib.
Qeyd edək ki, “Startup School 2 – AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatorluğu ilə “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-nin Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi tərəfindən keçirilir.
Daha ətraflı: https://ereforms.gov.az/az/media/xeberler/enterpriseazerbaijan-layihesinde-amerikali-professor-telim-kecdi-1051