RESPONDENTLƏRİN 87%-İ EVİNDƏ DƏRMAN VƏ YA DƏRMAN EHTİYATI SAXLAYIR

MTM (Media Təhlil Mərkəzi) vətəndaşlar arasında dərman və dərman vasitələri ilə bağlı sorğu keçirib. 1322 respondentin 62%-ni qadınlar, 38%-ni kişilər təşkil edib.

Sorğu iştirakçılarının 87%-i evində dərman və ya dərman ehtiyatı saxladığını bildirib. Məlum olub ki, kişilərin 77%-i, qadınların isə 93%-i evdə dərman və ya dərman ehtiyatı saxlayır.

“Xarici ölkələrdən tez-tez dərman vasitələri sifariş edirsiniz?” sualını cavablandıranların 22%-i “Bəli” variantını seçib.