Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri beynəlxalq tədbirdə iştirak edib

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası çərçivəsində 11 iyun 2025-ci il tarixində keçirilən tədbirdə iştirak edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının moderatorluq etdiyi tədbirin panel məruzəçiləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş, TDT baş katibinin müavini Ömər Kocaman, Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Müdafiə naziri Sadık Gardiyanoğlu, Energetika nazirinin müavini Elnur Soltanov, millət vəkilləri Fazil Mustafa, Tahir Mirkişili olub.

STM-in sektor müdiri Humay Axundzadə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  beynəlxalq toplantısının yan tədbiri “Orta Dəhliz 360°: Geosiyasətdən Rəqəmsal Transformasiyaya, Ailədən Yaşıl İnkişafa” adlı yan tədbirin müzakirələr hissəsindəki çıxışında rəqəmsal inkişafın müxtəif nəsillər tərəfindən fərqli səviyyədə mənimsənilməsi, bundan irəli gələrək  ailə həmrəyliyinə təsir göstərən texnoloji amillərdən söz açdı.  Böyük yolların böyük imkanlar açmaqla bərabər, cəmiyyətləri yeni çağırışlar qarşısında qoyduğunu, bu çağırışların bütün sosial institutlarla bərabər, həm də ailə institutlarını təsirləndirdiyini, bu istiqamətdə proqnozlaşdırıcı tədqiqatların zəruriliyini qeyd etdi.