Azərbaycan və Ermənistan arasında sülh platforması

2025-ci il oktyabrın 21–22-də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət 5 nəfərlik heyətin İrəvana səfəri Cənubi Qafqazda sülh gündəliyinin yeni və mühüm mərhələsinə keçidin rəmzi hesab oluna bilər. Səfər ictimai şüurun və humanitar qarşılıqlı etimadın bərpası baxımından strateji əhəmiyyət daşıyır. Cənubi Qafqaz regionunda baş verən son hadisələr bir daha sübut etdi ki, sülhün davamlılığı yalnız siyasi…

ətraflı

Türk Dövlətləri liderləri Qəbələdə

2025-ci il oktyabrın 6–7-də Qəbələdə baş tutacaq Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısı türkdilli dövlətlər arasında həmrəyliyin, inteqrasiyanın və strateji əməkdaşlığın yeni mərhələsini ifadə edir. Ümumiyyətlə son dövrlərdə baş tutan zirvə görüşləri təkcə diplomatik hadisə kimi deyil, həm də XXI əsrdə türk sivilizasiyasının siyasi və mədəni dirçəlişinin təzahürü kimi təhlil edilməlidir. Qəbələnin ev sahibi seçilməsi…

ətraflı

Bakının siyasi qətiyyəti – Minsk qrupunun aqibəti

ATƏT-in Minsk qrupu uzun illər nəticəsiz fəaliyyəti ilə məhv olmağa məhkum olduğunu göstərdi, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti isə Azərbaycanın beynəlxalq səhnədə real təsir göstərə bilən gücə malik olduğunu sübut etdi. Cənubi Qafqazın son otuz illik siyasi gündəminin mərkəzində Qarabağ münaqişəsi dayanırdı. 1988-ci ildən başlayan etnik separatizm və Ermənistanın hərbi işğal siyasəti nəticəsində…

ətraflı

İrəli getmək üçün İrəvan siyasi iradəsini millətçi təzyiqə qurban verməməlidir

2025-ci ilin avqust ayında ABŞ paytaxtı Vaşinqtonda keçirilən üçtərəfli görüşlər Cənubi Qafqazın uzun müddətdir davam edən mürəkkəb münaqişələrin başa çatdığına yeni ümidlər gətirdi. Azərbaycan, Ermənistan və ABŞ arasında aparılan danışıqların əsas məqsədi regionda sülh müqaviləsinin paraflanması və bu yolla illərdir davam edən qarşıdurmanın yekun həllinə nail olmaq idi. Vaşinqton görüşü təkcə diplomatik platforma olmaqla kifayətlənmədi,…

ətraflı

Mədəni müstəmləkəçilikdən qorunmağın YOLLARI: Milli kimliyi necə SAXLAMALIYIQ?

Mədəni müstəmləkəçilikdən necə qorunmaq olar? Mədəni müstəmləkəçilik insanları mənəvi və mədəni köklərindən incə şəkildə uzaqlaşdırmaqla milli kimliyi sarsıdan imperializmin məkrli formasıdır. Mədəni müstəmləkəçilik siyasi və ya iqtisadi hökmranlıqdan fərqli olaraq, qloballaşma və ya mədəniyyətlərin mübadiləsi  adı altında gizli fəaliyyətdir. Bu yeni işğalçılıq üsulundan qorunmanın başlıca yolu  mədəni identikliyi və milli dəyərlərin qorunub saxlanması, fəal müqavimətdir….

ətraflı

Sərhədlərin bağlı saxlanılması: Bu uzaqgörən addımın milli təhlükəsizlik baxımından əhəmiyyəti indi daha aydın anlaşılır

Pandemiya dövründə bütün dünyada sərhəd nəzarəti və karantin rejimi kimi tədbirlər fövqəladə hallara uyğun şəkildə tətbiq olunurdu. Azərbaycanda da bu çərçivədə quru sərhədlərin bağlanması vacib addım kimi qəbul olundu. Lakin pandemiyanın fəal fazası başa çatdıqdan sonra sərhədlərin açılmaması cəmiyyətdə və siyasi spektrdə müxtəlif müzakirələrə səbəb oldu. Müxalif dairələr bu məsələni siyasi müstəviyə daşımağa, hökumətin qərarını…

ətraflı

Afrikaya siyasi tərəfdaşlıq və ideoloji həmrəyliklə baxış

XXI əsrin qlobal siyasi mənzərəsində səsindən çox susqunluğu “eşidilən” bir qitə var – Afrika. Neomüstəmləkəçilik reallıqları, iqtisadi asılılıq zəncirləri və beynəlxalq sistemin ədalətsizliyi bu qitəni hələ də səssiz mübarizənin mərkəzində saxlayır. Amma susqunluğun içindən yeni tərəfdaşlıq çağırışları yüksəlməkdədir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu müstəqil mövqe və Qoşulmama Hərəkatı çərçivəsində nümayiş etdirdiyi prinsipial siyasət Afrikaya siyasi…

ətraflı

Paşinyanın İctimai TV -yə müsahibəsi və Azərbaycanın real niyyəti

Azərbaycan hakimiyyəti Ermənistanın hakim siyasi elitasını real addımlara çağırır. Buna səbəblər aşağıdakılardır. Konstitusiya ilə bağlı: 1. Ermənistan Konstitusiyasındakı ziddiyyətlər Ermənistan Konstitusiyasının ön sözündə (preambula) 1990-cı il “İstiqlal Bəyannaməsi”nə istinad olunur. Bu sənəddə isə Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi hədəfi qeyd edilir. Bakı hesab edir ki, bu müddəalar Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradır və Ermənistan sülh müqaviləsinə…

ətraflı

Avropanın müdafiə arzusu: “Pleven planı”ndan Transatlantik gərginliyə uzanan yol

Tarix bəzən susur, bəzən isə sükut içində səslənir. Avropanın müdafiə strategiyası məsələsində isə, o, illərlə eyni sualı təkrar edir: “Niyə Avropa hələ də öz təhlükəsizliyini başqasının çiyninə yükləyir?” İkinci Dünya müharibəsindən çıxmış Avropa dağılmış şəhərlər və yanan sərhədlərlə üz-üzə qalmışdı. Fiziki dağıntılardan daha dərini isə inamsızlıq idi –bir-birinə, özünə və sabaha. Bu zəmində Fransanın Baş…

ətraflı

Azərbaycan – Aİ münasibətlərinə baxış

Azərbaycanla Avropa İttifaqı artıq yalnız bu günün maraqlarını deyil, gələcəyin çağırışlarını da birgə qarşılayacaqlarını nümayiş etdirirlər. Mövcud münasibətlər klassik diplomatik çərçivədən çıxaraq ortaq gələcəyin strateji əsaslarla qurulmasına yönəlmiş əməkdaşlığa çevrilir. Prezident İlham Əliyevin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitseprezidenti Kaya Kallası qəbul etməsi Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə…

ətraflı