Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti: əsas məqamlar

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq münasibətlər sisteminə yeni, suveren aktor kimi daxil olmuşdur. Müstəqilliyin ilk illərində qarşıda duran əsas vəzifələrdən biri milli maraqlara əsaslanan, müstəqil və çevik xarici siyasət strategiyası formalaşdırmaq idi. Geosiyasi baxımdan mürəkkəb bölgədə yerləşən Azərbaycan üçün bu istiqamətdə uğur qazanmaq asan olmamışdır. Lakin ötən dövrün təhlili göstərir…

ətraflı

Aİ-nin Ali Nümayəndəsinin Bakıya səfəri: Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlanğıcı

Aprelin 25-də Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaya Kallas Bakıya rəsmi səfər etdi. Səfər çərçivəsində xanım Kallas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ikitərəfli görüş keçirdi, ardınca isə Azərbaycan Respublikasının xarici işlər naziri ilə danışıqlar apardı. Görüşlər zamanı tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud münasibətlərin vəziyyətini nəzərdən keçirib, siyasi, iqtisadi, enerji,…

ətraflı

Azərbaycan və Çin daha dərin Avrasiya müttəfiqliyi qurur

BMTM-in Avrasiya və Şərqi Asiya regionu üzrə eksperti Vüsal Quliyevin “Azərbaycan və Çin daha dərin Avrasiya müttəfiqliyi qurur” sərlövhəli məqaləsi Caspian Post nəşrində dərc edilib. Məqalədə qeyd edilir ki, 2025-ci il aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanaşı fotosu xüsusi rəmzi məna daşıyır. V. Quliyev bildirir ki,…

ətraflı

Strateji əlaqələrin gücləndirilməsi: Regional bağlılıq və davamlı inkişaf üçün Azərbaycan-Çin əməkdaşlığı

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı dostluq münasibətləri 1990-cı illərin əvvəllərinə, 27 dekabr 1991-ci ildə Çin tərəfindən Azərbaycanın müstəqilliyinin tanınmasına qədər uzanır. Diplomatik əlaqələr 2 aprel 1992-ci ildə qurulub. O zamandan bəri, Azərbaycan və Çin bir-birinin ərazi bütövlüyü və suverenliyini ardıcıl şəkildə dəstəkləyərək hər iki tərəf üçün yüksək həssaslıq təşkil edən bu məsələdə qarşılıqlı…

ətraflı

Tarixi Kəsişmə: Azərbaycan-Çin Hərtərəfli Strateji Tərəfdaşlığının əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin 22–24 aprel tarixlərində Çin Xalq Respublikasına etdiyi dövlət səfəri Avrasiyada dəyişən geosiyasi mənzərə fonunda mühüm əhəmiyyət daşıyır. Bu səfər təkcə rəsmi görüşlər və protokol tədbirləri ilə yadda qalmayıb, eyni zamanda Azərbaycan-Çin münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoyub. Səfər çərçivəsində “Hərtərəfli Strateji Tərəfdaşlığın Qurulması üzrə Birgə Bəyanat” imzalanıb ki, bu…

ətraflı

“Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda tədbir keçirilib

24.04.2025-cü il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın son illərdə beynəlxalq təşkilatlarla fəal əməkdaşlığına və uğurlu sədrliyinə diqqət çəkdi. O,  90-cı illərdə Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin İƏT-ə üzv olması ilə təşkilatın…

ətraflı

Bakı Limanı Trans-Avrasiya ticarətini asanlaşdırır (Birinci hissə)

2024-cü ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Bakı Limanının genişləndirilməsinin ikinci mərhələsinə başlamaq üçün 12 milyon ABŞ dolları həcmində investisiya ayrılmasına göstəriş verib. Bu mərhələ limanın illik yükaşırma qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər artırmağı hədəfləyir. Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı hərbi müdaxilə və buna cavab olaraq Qərbin tətbiq etdiyi sanksiyalar səbəbilə…

ətraflı

Azərbaycan Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqlədi

Aprelin 9-da Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin vasitəçiliyi ilə Rusiyanın və Ukraynanın davam edən sülh danışıqları ilə bağlı bəyanatını açıqladı. Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayan İlham Əliyev Ukrayna ərazilərinin bir hissəsinin atəşkəs müqabilində təhvil verilməsinə dair təklifləri kəskin şəkildə tənqid etdi. “Heç bir ölkə, ən azı mənim anlayışımda,…

ətraflı

Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu arasında 2022-ci ilin mayında imzalanan Anlaşma Memorandumuna əsasən, hər il keçirilən ekspert şurasının iclasları iki ölkənin mütəxəssislərini bir araya gətirir, akademik fikir mübadiləsi üçün əlverişli imkan yaradır. Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev ekspertlər səviyyəsində müntəzəm görüşlərin, akademik…

ətraflı

Azərbaycan–Gürcüstan əlaqələri vacib regional məsələlərdəki ortaq mövqelər vasitəsilə güclənir

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Azərbaycan–Gürcüstan əlaqələri vacib regional məsələlərdəki ortaq mövqelər vasitəsilə güclənir” sərlövhəli məqaləsi Ceymstaun Fondunun Eurasia Daily Monitor nəşrində dərc edilib. Məqalədə qeyd edilir ki, 2024-cü ilin sonlarından başlayaraq Gürcüstanın Qərb tərəfdaşları, xüsusilə Avropa İttifaqı ilə münasibətlərində yaranmış gərginlik fonunda Tbilisinin xarici siyasətində prioritet istiqamətlər dəyişməyə başladı Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelashvilinin…

ətraflı