BMTM sədri Fərid Şəfiyev: “COP29-da yeni iqlim maliyyəsi mexanizmlərinin yaradılması vacib nailiyyətdir”
“COP 29-da yeni iqlim maliyyəsi mexanizmlərinin yaradılması, Paris Sazişinin 6-cı maddəsinin işə salınması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması vacib nailiyyətlərdir”. Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərakeşin Tanjer şəhərində keçirilən 16-cı beynəlxalq MEDays forumunda çıxışı zamanı bildirib. “İqlim Dayanıqlılığı: İnkişaf etməkdə olan iqtisadiyyatlarda innovativ maliyyələşdirmə və siyasət” mövzusundakı…
