“Məkkə sazişi”: Qərbi Asiya və Cənubi Asiyanın kəsişməsində yeni güc mərkəzi

Yaxın Şərqdə eskalasiyanın davam etdiyi və Fars körfəzində qeyri-sabitliyin artdığı bir şəraitdə regionun ağır çəkili aktorları öz təhlükəsizliklərini təmin etmək üçün yeni addımlar atır. Prosesin ən uğurlu nümunəsi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan “Məkkə sazişi”dir. ABŞ-İran qarşıdurmasının davam etdiyi şəraitdə bu üç ölkənin birgə hərəkəti “kollektiv təhdidlərə cavab mexanizmi” funksiyasına çevrilir. Sazişin birbaşa…

ətraflı

Naxçıvan MR: blokadadan regional nəqliyyat-logistika qovşağına

Naxçıvanın uzun illər blokadada olması muxtar respublikanın iqtisadi və sosial inkişafında bir sıra çətinliklər yaradıb. Azərbaycanın əsas ərazisi ilə birbaşa quru əlaqəsinin olmaması yük və sərnişin daşımalarının marşrutlarını məhdudlaşdırıb, logistika xərclərinin artmasına və muxtar respublikanın beynəlxalq nəqliyyat-logistika sistemlərinə inteqrasiyasının zəifləməsinə səbəb olub. Hazırda isə regionun nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr Naxçıvanın iqtisadi inkişaf…

ətraflı

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni strateji mərhələ

Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı muxtar respublikanın inkişafına dövlət dəstəyinin genişləndirilməsi və qarşıya qoyulan strateji hədəflərin icrasının sürətləndirilməsi baxımından yüksək əhəmiyyət kəsb edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli bildirib ki, Sərəncam çərçivəsində nəzərdə tutulan…

ətraflı

Türkiyə – Səudiyyə Ərəbistanı – Pakistanın Məkkə Paktı barədə

Məkkədəki üçtərəfli sammit və imzalanmış müdafiə Paktı haqqında artıq çox fikirlər söylənilib. Gəlin bu fikirləri ümumiləşdirək və maraqlı məqamlar üzərində dayanaq. Məkkə Paktı iki illik müzakirələrin nəticəsidir. Daha əvvəl Səudiyyə Ərəbistanı və Pakistan arasında ikitərəfli müdafiə Paktı imzalanıb. Yəni, tərəflər anlayışlı şəkildə hərbi-müdafiə sazişinə doğru gediblər. Hərbi ittifaqlarda iştirak baxımından ən çox təcrübəyə malik Türkiyədir….

ətraflı

Vaşinqton Sammitinin ildönümü: Azərbaycan – Ermənistan sülh gündəmində hansı nəticələr var?

2025-ci il avqustun 8-dən bir il ötür. Gəlin sülh gündəmini strukturlaşdırmağa və ötən il ərzində formalaşmağa başlayan tendensiyaları müəyyənləşdirməyə çalışaq. İkitərəfli format alternativsiz olaraq qəbul edilib. Ardıcıl addımlardan ibarət razılaşdırılmış sülh gündəmi mövcuddur. TRIPP layihəsinin reallaşdırılması üçüncü tərəfin sülh gündəmində iştirak formulunu müəyyən edir: Hər iki tərəfin razılığı ilə və müəyyən istiqamət, layihə üzrə. Ən…

ətraflı

“İxrac icmalı”nın 2026-cı ilin avqust sayına dair ilkin rəqəmlər açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin avqust sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib. Cari ilin iyul ayında Azərbaycanın qeyri-neft sektoru üzrə…

ətraflı

Azərbaycanın rəqəmsal idarəçilik modeli Böyük Britaniyada iki beynəlxalq mükafata layiq görülüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) dövlət idarəçiliyinin rəqəmsallaşdırılması və məlumatlara əsaslanan idarəetmə sahəsində həyata keçirdiyi fəaliyyətə görə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən “GBAF Media” təşkilatının təsis etdiyi “Global Banking & Finance Awards 2026” proqramı çərçivəsində iki mükafata layiq görülüb. İİTKM aşağıdakı nominasiyalar üzrə qalib elan edilib: “Best Digital Government…

ətraflı

Azərbaycan və ATƏT arasında münasibətlər postmüharibə dövründə

İsveçrənin Federal Şurasının üzvü, Federal Xarici İşlər Departamentinin rəhbəri və eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassisin Azərbaycana ilk rəsmi səfəri Cənubi Qafqazda dəyişən təhlükəsizlik arxitekturası fonunda xüsusi siyasi əhəmiyyət daşıyır. İqnazio Kassisin səfər zamanı verdiyi mesajlar göstərir ki, ATƏT regiona əvvəlki yanaşmasını yenidən nəzərdən keçirməyə başlayır və təşkilatın fəaliyyəti münaqişələrin idarə edilməsindən daha…

ətraflı

Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Strateji tərəfdaşlıqdan iqtisadi inteqrasiyanın yeni mərhələsinə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki qardaş ölkə arasında əməkdaşlığın hüquqi və siyasi bazasını strateji tərəfdaşlıqdan daha yüksək – müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu sənəd yalnız ikitərəfli münasibətlər üçün deyil,…

ətraflı

“İxrac icmalı”nın iyul sayı dərc olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə iyul sayını təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,9 milyard ABŞ dolları təşkil edib. Cari ilin iyun ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl…

ətraflı