AZƏRBAYCAN-TÜRKİYƏ HƏRBİ ƏMƏKDAŞLIĞI – REGİONAL SABİTLİYİN ƏSAS DAYAĞI
Azərbaycan Silahlı Qüvvələrinin ardıcıl şəkildə modernləşdirilməsi, müasir hərbi idarəetmə modellərinin, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi İkinci Vətən müharibəsindən sonrakı mərhələdə də milli təhlükəsizlik siyasətinin əsas prioritetləri sırasında qalır. Müharibədən sonra formalaşan yeni geosiyasi və hərbi reallıqlar Azərbaycanın müdafiə potensialının daha da gücləndirilməsini zəruri edir. Bu kontekstdə Bakıda keçirilən 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının nəticələri…
