QƏRB CƏNUBİ QAFQAZLA BAĞLI MƏKRLİ NİYYƏTLƏRİNDƏN ƏL ÇƏKMİR, BU DƏFƏ GÜRCÜSTANIN UÇURUMA YUVARLANMASINA CƏHDLƏR EDİLİR

Qərb ölkələrinin Cənubi Qafqazla bağlı siyasətləri özünün daha dinamik, eyni zamanda əvvəlkilərlə müqayisədə olduqca təhlükəli mərhələsinə qədəm qoyub. Məsələ burasındadır ki, barəsində bəhs olunan regionun Avrasiya, ümumiyyətlə isə bütün dünya miqyasında geosiyasi, geoiqtisadi əhəmiyyəti artmaqdadır. Rusiya və Ukrayna arasında davam edən hərbi toqquşma, Qırmızı dənizdə husilərin yaratdıqları təhdid fonunda dünyanın nəqliyyat və logistika xəritəsində mühüm…

ətraflı

BMTM-in sədri: Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərini müdafiə edib

“Beynəlxalq hüququn selektiv tətbiqi və ikili standartların geniş yayılması səbəbindən qaydalara əsaslanan dünya düzəni təhlükə altındadır”. Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev Mərakeşin Tanjer şəhərində keçirilən 16-cı MEDays forumunda bildirib. O qeyd edib ki, 90-cı illərin əvvəllərindən başlayaraq Azərbaycan ikili standartlar siyasətinin təzahürləri ilə üzləşməli olub. İşğal qurbanı olan…

ətraflı

POLŞA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNƏ HÖRMƏT EDƏN BƏYANATLARINI KÖLGƏ ALTINA SALDI

Bir neçə gün bundan qabaq Polşa Prezidenti Anje Dudanın Ermənistana səfəri çərçivəsində Avropa İttifaqı müşahidə missiyasının fəaliyyətini yerində izləməsi, ən əsası da “binokl şousu”nun tərkib hissəsi olması rəsmi Bakının haqlı etirazı ilə qarşılandı. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi bu hadisəni pisləyərək ölkəmizin bu qeyri-dost aksiyaya cavab olaraq müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxladığını bəyan…

ətraflı

BMTM sədri Fərid Şəfiyev: “COP29-da yeni iqlim maliyyəsi mexanizmlərinin yaradılması vacib nailiyyətdir”

“COP 29-da yeni iqlim maliyyəsi mexanizmlərinin yaradılması, Paris Sazişinin 6-cı maddəsinin işə salınması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması vacib nailiyyətlərdir”. Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərakeşin Tanjer şəhərində keçirilən 16-cı beynəlxalq MEDays forumunda çıxışı zamanı bildirib. “İqlim Dayanıqlılığı: İnkişaf etməkdə olan iqtisadiyyatlarda innovativ maliyyələşdirmə və siyasət” mövzusundakı…

ətraflı

Trampın yeni prezidentliyi Azərbaycana nə vəd edir?

Noyabrın 6-da ABŞ-da son illərdə ən çox gözlənilən prezident seçkiləri Donald Trampın Kamala Harris üzərində qələbəsi ilə nəticələndi. Bu o deməkdir ki, növbəti ilin yanvarından etibarən Tramp daha dörd il müddətində Ağ Evin sahibi olacaq. Bu seçkilər təkcə ABŞ üçün deyil, ümumiyyətlə qlobal siyasi sistem üçün taleyüklü məsələ kimi səciyyələnir və ona görə də təsadüfi…

ətraflı

ERMƏNİSTANIN REGİONDA HƏRBİ BALANSA NAİL OLMAQ CƏHDLƏRİ İFLASA MƏHKUMDUR

Qlobal proseslərin mənfi təsirləri fonunda Azərbaycan nəinki sabit inkişaf tempini qoruyub saxlayır, eyni zamanda, mühüm sosial-inftastruktur layihələri reallaşdırır. Hazırda parlamentdə birinci oxunuşda qəbul edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ölkəmizin qarşıdakı il üçün nəzərdə tutduğu sosial təminat, müdafiə və təhlükəsizlik məsələlərinin, eləcə də əsaslı kapital qoyuluşu ilə bağlı hədəflərin uğurlu realizəsinə…

ətraflı

YAŞIL İNKİŞAF STRATEGİYASI AZƏRBAYCANA TƏRƏQQİSİNDƏ DAHA BÖYÜK UĞURLAR QAZANDIRIR

Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində aparılan müzakirələr bir daha təsdiq etdi ki, yaşıl inkişaf strategiyası müasir dünyanın ekoloji, iqtisadi və sosial problemlərinin həlli üçün sadəcə bir seçim deyil, həm də zərurətdir. Sözügedən strategiya bərpa olunan enerjinin, resursların səmərəli idarə edilməsinin, davamlı kənd təsərrüfatının yaradılmasının təşviqinə xidmət…

ətraflı

COP 29: müşahidələr və tendensiyalar

Ölkəmizdə keçirilən COP 29 tədbirinin siyasi əhəmiyyəti və müzakirələri hələ bir müddət də davam edəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan gələn il Braziliyada keçiriləcək COP 30 tədbirlərinə qədər də COP 29-dan sonrakı dövrdə qlobal iqlim siyasətinə töhfələr verəcəyini artıq bəyan edib. COP 29-un Mavi Zonasında iştirakçi idim və 2 həftə boyunca çox maraqlı müşahidələrim oldu….

ətraflı

NATO AZƏRBAYCANIN YAŞIL ENERJİ SAHƏSİNDƏKİ POTENSİALINI YÜKSƏK DƏYƏRLƏNDİRİR

Dövlət müstəqilliyini əldə etdikdən sonra avrostrukturlara sıx inteqrasiya kursunu seçmiş Azərbaycan xarici siyasət və hərbi təhlükəsizlik doktrinasında Şimali Atlantika Müqaviləsi Təşkilatı – NATO ilə əməkdaşlığı əsas prioritetlərdən biri elan edib. Respublikamızın təşkilatla genişmiqyaslı 1994-cü ildə “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulub. Rəsmi Bakı SNT sənədinin prinsiplərinə əsaslanmaqla, sonrakı dövrdə NATO ilə qarşılıqlı…

ətraflı

PREZİDENT İLHAM ƏLİYEV VƏ DONALD TRAMP GÜCLÜ ƏMƏKDAŞLIQ ÜÇÜN QARŞILIQLI İRADƏ NÜMAYİŞ ETDİRİR

Prezident İlham Əliyevin Donald Trampla telefon söhbəti zamanı onu ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik etməsi ikitərəfli münasibətlərdə yeni mərhələ kimi xarakterizə oluna bilər. Çünki tərəflərin haqqında danışdığı məsələlər ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və regional təhlükəsizlik baxımından olduqca önəmlidir. Prezident İlham Əliyev Trampın ilk prezidentlik dövründə Azərbaycanla ABŞ arasında əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi diqqət yetirildiyini qeyd edib. Bu,…

ətraflı