ALMANİYA AZƏRBAYCANIN AVROPADA STRATEJİ TƏRƏFDAŞLARINDAN BİRİNƏ ÇEVRİLİB
Azərbaycanın çoxtərəfli və praqmatik xarici siyasətində Avropa İttifaqının aparıcı dövlətlərindən olan Almaniya Federativ Respublikası ilə münasibətlərin inkişafı prioritet istiqamətlərdən biridir. Coğrafi və geoiqtisadi mövqeyi, zəngin təbii ehtiyatları ilə regionda seçilən respublikamız fövqəldövlətlərin, o cümlədən Almaniyanın strateji maraq dairəsindədir. Tərəfdaş ölkənin Prezidenti Frank-Valter Ştaynmayerin Bakıya rəsmi səfəri və dövlət başçıları arasında aparılan müzakirələr də xüsusi diqqət…
