Maddi-mədəni irsin milli kimliyin formalaşmasında və tarixşünaslıqda rolu və əhəmiyyəti

Maddi-mədəni irs xalqların  milli yaddaşını bütövləşdirən dəyərdir. Maddi-mədəni irs xalqların tarixin bütün dövrlərini əhatə edən, onların yaşadığı ərazidə fiziki varlığını göstərən zəngin milli maddi-mədəni mirasdır. Xalqların yaratdığı zəngin mədəniyyət əsrlərdən bəri qorunub saxlanmış müxtəlif mənşəli abidələrdə yaşayıb, mənsub olduğu xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirir. Yüzilliklər ötdükcə, zaman keçdikcə xalqın yaratdığı və nəsillərə qoyduğu maddi-mədəni…

ətraflı

Dövlət orqanlarının stasionar və qaynar xətlərinin 2025-ci il üzrə ümumi monitorinq nəticələri

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2025-ci il 15 yanvar – 17 fevral tarixlərində dövlət orqanlarının (qurumlarının) stasionar nömrələrinin və qaynar xətlərinin monitorinqi aparılıb. Monitorinq çərçivəsində 5 ali icra hakimiyyəti, 24 mərkəzi icra hakimiyyəti, 10 publik hüquqi şəxs və 1 yerli icra hakimiyyəti orqanı olmaqla, ümumilikdə 40 dövlət orqanı (qurumu) əhatə edilib.    Monitorinq çərçivəsində bütün dövlət…

ətraflı

“Halal iqtisadiyyat” adlı dərs vəsaiti nəşr olundu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə birgə hazırladığı “Halal iqtisadiyyat” adlı dərs vəsaiti nəşr olunub. “Halal iqtisadiyyat” kitabı müxtəlif dövlət qurumlarından, ali təhsil və elmi tədqiqat institutlarından, ümumilikdə, 11 alim və mütəxəssisin cəlb edilməsi ilə hazırlanıb. 8 fəsildən ibarət kitabda halal iqtisadiyyata…

ətraflı

Romada ADA – Luiss Forumu keçirilib

3–4 iyun tarixlərində Romada ADA–Luiss Forumu keçirilib. Forum ADA Universiteti və Luiss Universitetinin Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzi tərəfindən birgə təşkil olunub Forumun açılışında ADA Universitetinin prorektoru Dr. Fariz İsmayılzadə və Luiss Universitetinin Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru professor Raffaele Marchetti çıxış ediblər. Onlar Azərbaycan ilə İtaliya arasında mövcud olan güclü və davamlı əlaqələri…

ətraflı

Afrikaya siyasi tərəfdaşlıq və ideoloji həmrəyliklə baxış

XXI əsrin qlobal siyasi mənzərəsində səsindən çox susqunluğu “eşidilən” bir qitə var – Afrika. Neomüstəmləkəçilik reallıqları, iqtisadi asılılıq zəncirləri və beynəlxalq sistemin ədalətsizliyi bu qitəni hələ də səssiz mübarizənin mərkəzində saxlayır. Amma susqunluğun içindən yeni tərəfdaşlıq çağırışları yüksəlməkdədir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu müstəqil mövqe və Qoşulmama Hərəkatı çərçivəsində nümayiş etdirdiyi prinsipial siyasət Afrikaya siyasi…

ətraflı

Paşinyan və kilsə arasında XAOS

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə erməni Apostol Kilsəsi arasında son dövrlərdə kəskinləşən qarşıdurma ölkənin siyasi və mənəvi landşaftında ciddi dalğalanmalar yaradıb. Bu münaqişə təkcə dini və dövlət münasibətlərinə deyil, həm də Ermənistanın daxili sabitliyinə və xarici siyasətinə təsir edir. Paşinyanın kilsəyə qarşı sərt ritorikası, xüsusilə Katolikos II Qareginə yönəlmiş ittihamları cəmiyyətdə dərin bölünmələrə səbəb…

ətraflı

SİYASİ MANİPULYASİYA, YOXSA ÖLKƏMİZƏ MƏNASIZ TƏSİR CƏHDİ?!

Azərbaycan yaxın qonşu dövlət kimi Rusiya Federasiyası ilə münasibətlərinin bərabərhüquqlu və sivil məcrada inkişafında daim maraqlı olub, bu istiqamətdə ardıcıl siyasət yürüdüb. Bununla belə, bu ölkənin rəhbərliyində və siyasi elitasında təmsil olunan bəzi şəxslərin ikitərəfli münasibətlərə güvənsizlik və soyuqluq yaradan açıqlamalarına zaman-zaman rast gəlinib. Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin “Russia Today” kanalına son müsahibəsi…

ətraflı

SÜLHƏ APARAN YOL, YOXSA YENİ MANEƏ?

Gələn il iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Lakin Ermənistan hakimiyyətinin rəsmi Bakının sülh quruculuğu yolunda əsas tələblərindən biri olan konstitusiya dəyişikliyini ona qədər, yaxud da həmin tarixdən sonra həyata keçirəcəyi hələ ki, sual altındadır. Çox güman ki, rəsmi İrəvan konstitusiya dəyişikliyi ilə bağlı referendumu parlament seçkisindən sonraya saxlayacaq. Bu isə özlüyündə müxtəlif suallar…

ətraflı

Dünya miqyasında “yaşıl enerji”yə töhfə verən ölkələr sırasındayıq

Bakı Enerji Həftəsi qlobal miqyasda nüfuzlu tədbirlərdən biridir və tədbir çərçivəsində hökumət nümayəndələri, qlobal şirkətlər, sənaye sahəsindəki ekspertlər bir araya gələrək enerji siyasətini müzakirə edirlər. Ən mühüm məqamlardan biri odur ki, Bakı Enerji Həftəsi çərçivəsində bir neçə tədbir keçirilir. Eyni zamanda  “Caspian Oil and Gas” və “Baku Energy Forum”unun 30 illikləri qeyd edilir. Azərbaycan artıq…

ətraflı

ABŞ-İRAN DANIŞIQLARI TƏHLÜKƏDƏ: AYƏTULLAH TRAMPA “SƏN KİMSƏN…” DEYİR

Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında illərdir davam edən nüvə danışıqları yenidən çıxılmaz mərhələyə qədəm qoyub. 2015-ci ildə imzalanmış “Birgə Hərtərəfli Fəaliyyət Planı” (JCPOA) Donald Tramp administrasiyasının birtərəfli qərarı ilə 2018-ci ildə ləğv olunduqdan sonra münasibətlərdə gərginlik daha da dərinləşmişdi. Donald Trampın ikinci dəfə Amerika prezidenti seçilməsindən dərhal sonra başlayan danışıqlar hələ ki,…

ətraflı