Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində Kəlbəcərdə yol infrastrukturu və yaşayış məntəqələrinin paralel tikintisi regionun davamlı inkişafını təmin edir
Böyük Qayıdış I Dövlət Proqramı çərçivəsində azad edilmiş ərazilərin bərpası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində işlər uğurla davam etdirilir. Məhz bu işlərin nəticəsidir ki, bugün Böyük Qayıdış prosesi ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevrilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin…
