“Türk iqtisadi icmalı”nın növbəti buraxılışı nəşr edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2025-ci ilin yanvar–sentyabr dövrünü əhatə edən buraxılışı nəşr olunub. İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi tərəfindən hazırlanan hesabat TDT-yə üzv ölkələrdə makroiqtisadi göstəricilərin dinamikası, xarici ticarət, fiskal inkişaflar və struktur transformasiya meyillərinə…
