AZƏRBAYCAN TÜRKİYƏYƏ DƏSTƏYİNİ STRATEJİ ƏMƏKDAŞLIQ KONTEKSTİNDƏ GÖRÜR
2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələ Türkiyə tarixinin ən ağır təbii fəlakətlərindən biri kimi yadda qaldı. Minlərlə insanın həlak olması, şəhərlərin viran qalması təkcə Türkiyə üçün deyil, bütün region üçün ciddi humanitar və psixoloji sarsıntı idi. Prezident İlham Əliyevin zəlzələnin ildönümü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda bu faciənin miqyası xüsusi…
