İl narrativləri; tarix necə dəyişir?!
Hər bir tarixi hadisəni dəyərləndirmək üçün tarixin metodoloji aspektlərini dərindən mənimsəmək lazımdır. Səbəb-nəticə yanaşmasının uğuru analogiyaların və müqayisəli təhlillərin nəticəsində yetişir. Tarixin formalaşması həm də tarixin dəyişməsidir. Güclü fərdlər, güclü cəmiyyətlərə; nəticədə cəmiyyət və idarəetmə birliklərinin nümunəvi modellərinə çevrilir. Beləliklə, tarix dəyişir, formalaşır, yenilənir, yeni reallıqlar gələcəyin bazalarını yaradır, bu günün tarixini qüvvətli təməllərə çevirir….
