YUXARI LARS: ERMƏNİSTANIN DAR BOĞAZI
Ermənistanla Rusiya arasında yeganə quru əlaqə olan Yuxarı Lars sərhəd-keçid məntəqəsinin mütəmadi olaraq bağlanması İrəvanın illərdir üzləşdiyi strateji zəifliyi bir daha açıq şəkildə ortaya qoyur. Bu yolun bağlanması təkcə texniki və ya mövsümi problem deyil, Ermənistanın regional kommunikasiyalardan kənarda qalmasının, alternativlərinin olmamasının və geosiyasi asılılığının simvoludur. Məhz bu kontekstdə rəsmi İrəvan TRIPP layihəsinin tez bir…
