Azərbaycan – ABŞ iqtisadi əlaqələri uzunmüddətli perspektivlərə malikdir

Məlum olduğu kimi, ABŞ vitse-prezidenti Ceyms Devid Vensin regiona səfəri başlayıb. Ötən həftə İrəvanda müvafiq görüşlər keçirən cənab Vens bu həftə Azərbaycana səfər edəcək. Bu ərəfədə Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib. Görüşdə “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “bp”, “Boeing Global”, “Mastercard” və…

ətraflı

Azərbaycan-ABŞ iqtisadi əlaqələri: yeni mərhələnin əsas konturları

Son dövrlərdə Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı yüksək səviyyəli təmasların artması ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanması kimi xarakterizə edilə bilər. Bu mərhələ siyasi münasibətlərin möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın ön plana çıxması baxımından da əhəmiyyətlidir. ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana gözlənilən rəsmi səfərindən öncə ABŞ Ticarət Palatasının nümayəndə heyətinin Bakıya gəlməsi və Prezident…

ətraflı

Vüsal Qasımlı: Məşğulluq strategiyasında yeni mərhələyə keçirik – MÜSAHİBƏ

Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən 2018-ci ildə “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”, 2020-ci ildə isə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Məşğulluq Strategiyasının həyata keçirilməsi ilə bağlı tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) həyata keçirir. Geridə qoyduğumuz 2025-ci ildə…

ətraflı

Su ehtiyatlarından istifadəyə dair Milli Strategiya uğurla icra olunur

Dünyada su ehtiyatlarının azalması, habelə qlobal iqlim dəyişikliyinin davam etməsi nəticəsində yaranan ekzogen təsirlər Azərbaycanda da qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir. Ölkədə su təhlükəsizliyinin qorunması, su ehtiyatlarının dayanıqlığının artırılması və bu sahədə müasir, effektiv idarəetmə mexanizmlərinin formalaşdırılması məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ildə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiq edilib. Sərəncama…

ətraflı

5 illik sosial-iqtisadi marafonun yüksəliş xətti

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın uğurlu nəticələri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ölkədə davamlı iqtisadi artımın təmin edilməsi, institusional islahatların dərinləşdirilməsi və inklüziv inkişafın gücləndirilməsi baxımından əsas çərçivə sənədi kimi çıxış edir. Strategiyanın icrası nəticəsində əldə olunan göstəricilər növbəti mərhələdə qəbul ediləcək strateji…

ətraflı

İİTKM-də Gənclər Günü ilə bağlı millət vəkili Bəhruz Məhərrəmovla görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 2 fevral – Gənclər Günü münasibətilə Milli Məclisin deputatı Bəhruz Məhərrəmovla könüllü gənclərin görüşü keçirilib. “Azərbaycan gəncliyi: inkişafın yeni istiqamətləri və gələcəyə baxış” mövzusunda təşkil olunan tədbirdə İİTKM-in “İslahat könüllüləri”, DGK-nin “Könüllü gömrükçü” təşkilatlarının nümayəndələri və digər könüllülər iştirak ediblər.  Açılış nitqi ilə çıxış edən İİTKM-in icraçı direktorunun…

ətraflı

“İxrac icmalı”nın 2025-ci ilin yekunlarına dair buraxılışı dərc edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İxrac icmalı”nın 2026-cı ildə ilk buraxılışı ötən ilin yekunlarına həsr olunub. İcmala əsasən, 2025-ci ilin yanvar-dekabr aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard…

ətraflı

Dövlət Proqramları çərçivəsində nəqliyyat və tranzit sahəsində kompleks inkişaf təmin olunur – MÜSAHİBƏ

Azərbaycanda müxtəlif sahələri əhatə edən onlarla Dövlət Proqramı və layihələri həyata keçirilir. O cümlədən, nəqliyyat sektorunda infrastrukturun qurulması, tranzit imkanlarının artırılması, tranzit xidmətlərin təkmilləşdirilməsi və s. istiqamətləri əhatə edən müxtəlif proqramlar icra olunur. Ümumilikdə, həyata keçirilən Dövlət Proqramlarının əksəriyyətinin monitorinqi və qiymətləndirilməsi dövlətimizin başçısının tapşırığı əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən aparılır….

ətraflı

“Azexport” portalı Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Azexport.az” portalı Böyük Britaniyada yerləşən beynəlxalq media qurumu “Luxlife Magazine Ltd” tərəfindən təşkil olunan “Global Excellence Awards 2025” müsabiqəsində nüfuzlu mükafata layiq görülüb. Portal “İnnovasiya” nominasiyasında “2025-ci ilin qlobal bazarlara çıxış üzrə Cənubi Qafqazda ən yaxşı milli elektron ticarət platforması” (Best National Global Market Access eTrade…

ətraflı

İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə yazılan kitab Azərbaycanda sığorta sektorunun rəqəmsal transformasiyasını sistemli şəkildə təhlil edən ilk fundamental akademik…

ətraflı