Vüsal Qasımlı Vyetnamın Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun nümayəndələrini qəbul edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Vyetnamın Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun (IPADS) nümayəndələrini qəbul edib. Görüşdə IPADS-in direktoru xanım Le Nguyen Thien Nga və “Hanoi UNESCO” Səyahət Klubunun nümayəndəsi cənab Nguyen Xuan Quynh iştirak ediblər. Vüsal Qasımlı Vyetnamın regionda uğurlu iqtisadi siyasətini və Azərbaycan iqtisadiyyatının inkişafını nəzərə…

ətraflı

“Orta Dəhliz” kitabı Rumıniyada nəşr edildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD)  və  CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) İnstitutunun əməkdaşlığı ilə ərsəyə gələn “Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi” (The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects) kitabı Rumıniyada nəşr edilib. 10 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Çin, Böyük Britaniya,…

ətraflı

İİTKM-in nümayəndələri Böyük Qayıdış çərçivəsində görülən işlərlə tanış olublar

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əməkdaşları “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının monitorinq və qiymətləndirilməsi çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər ediblər. İİTKM-in nümayəndə heyəti tərəfindən Ağdam şəhəri, Ağdam rayonunun Xıdırlı kəndi, Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndləri, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Ağdərə rayonunun…

ətraflı

III Şuşa Qlobal Media Forumu: Azərbaycan beynəlxalq informasiya axınına yön verir

Dünyanın aparıcı mətbuat orqanlarının xüsusi diqqət mərkəzində olan və artıq üçüncüsü təşkil edilən Şuşa Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin və qlobal proseslərlə bağlı mövqeyinin nümayiş etdirilməsində, beynəlxalq informasiya axınının idarə olunmasında, media təhlükəsizliyinin təminatı və dezinformasiyalarla mübarizədə mühüm platformaya çevrilib. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən builki Forumda 52…

ətraflı

Azərbaycan–Türkmənistan strateji tərəfdaşlığı: Yeni mərhələyə doğru

Azərbaycan və Türkmənistan arasında münasibətlər qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanır. Bu əlaqələr təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq təşkilatlarda (BMT, İƏT, Qoşulmama Hərəkatı, TDT) qarşılıqlı dəstək və koordinasiya ilə müşayiət olunur. Türkmənistan Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəkləyərək regional və qlobal səviyyədə həmrəylik nümayiş etdirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya…

ətraflı

İİTKM-də qeyri-səlis modelləşdirmə və süni intellekt müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, i.e.d., professor Vüsal Qasımlı ETN İdarəetmə Sistemləri İnstitutunun “İqtisadiyyatın qeyri-səlis modelləri” laboratoriyasının  müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor, İspaniya Kral Akademiyasının akademiki  Qorxmaz  İmanovu və İdarəetmə Sistemləri İnstitutunun “Sosiаl-iqtisаdi proseslərin modelləşdirilməsi” laboratoriyasının müdiri, i.e.d., professor Yadulla Həsənlini qəbul edib. Professor Vüsal Qasımlı  “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə…

ətraflı

“İctimaiyyətlə əlaqələrin əsasları” dərs vəsaitinin təqdimatı keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Bakı Dövlət Universiteti (BDU) ilə birgə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində hazırladığı “İctimaiyyətlə əlaqələrin əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirilib. Mərasimdə İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı, BDU-nun rektoru Elçin Babayev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Hikmət Məmmədov, Bakı Dövlət…

ətraflı

Azərbaycan BMT-nin rəqəmsal ticarət üzrə hesabatında liderdir

BMT-nin 2025-ci il üzrə “Rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə qlobal tədqiqatı”nın nəticələri açıqlanıb. Tədqiqat çərçivəsində Asiya-Sakit Okean regionunda 2023–2025-ci illər arasında aparılmış xarici ticarət islahatlarının nəticələrinə əsasən, Azərbaycan 2025-ci ildə ticarətin asanlaşdırılmasını özündə əhatə edən beş istiqamətin orta göstəricisi üzrə 92,5% səviyyəsində yüksək nəticə nümayiş etdirərək Asiya regionunda ilk onluqda qərarlaşıb. İqtisadi İslahatların Təhlili və…

ətraflı

Vüsal Qasımlı Oksford Universitetində məruzə ilə çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, i.e.d., professor Vüsal Qasımlı  Oksford Universitetində keçirilən “Human‑Algorithm Interaction Workshop” (İnsan-alqoritm qarşılıqlı əlaqəsi) tədbirində məruzə ilə çıxış edib. Tədbirdə dünyanın aparıcı universitetlərinin professorları,  rəqəmsal texnologiyalar və süni intellekt sahəsində beynəlxalq şirkətlərin nümayəndələri və mentorlar iştirak ediblər. Vüsal Qasımlı  “Dövlət proqramlarının idarə olunmasında süni intellektin tətbiqi” (Azərbaycan nümunəsində) mövzusunda…

ətraflı

ECO-nun 17-ci Zirvə Toplantısı regional inteqrasiya və dayanıqlı inkişaf istiqamətində əhəmiyyətli hadisədir

Bu gün Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü öz işinə başlayıb. Bu məqsədlə ECO-ya üzv olan ölkələrin dövlət və hökumət başçıları, rəsmi nümayəndə heyətləri Xankəndi şəhərində bir araya gəliblər. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev,  Qırğızıstan Prezidenti Sadır…

ətraflı