Asiya Beyin Mərkəzləri Forumu iştirakçılarına “Orta Dəhliz” kitabı təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən Asiya Beyin Mərkəzləri Şəbəkəsinin ənənəvi illik forumunda yüksək səviyyədə təmsil edilib. Asiya qitəsinin nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə İİTKM Cənubi Qafqazın iqtisadiyönümlü beyin mərkəzlərinin yeganə təmsilçisi olub. Asiya İnkişaf Bankı İnstitutunda (ADBI) keçirilən tədbirdə Yaponiya, İndoneziya, Sinqapur, Malayziya, Vyetnam, Pakistan, Çin,…
