Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məqsədilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsi arasında əməkdaşlığın inkişaf etdirilməsi üzrə növbəti görüş keçirilib. Onlayn görüşdə tərəflər birgə layihə və tədqiqatların həyata keçirilməsi istiqamətində konkret fəaliyyətə başladıqlarını, bunun iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini, yeni investisiyaların cəlbinə şərait yaradacağını bildiriblər. İİTKM-in icraçı direktorunun müavinləri…
