İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılmasından 10 il ötür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə yaradılan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 10 illik yubileyini qeyd edir. Ötən 10 il ərzində İİTKM 40-dan çox dövlət proqramının icrasının monitorinq və qiymətləndirilməsini həyata keçirərək “böyük verilənlər bazası” formalaşdırıb və data-əsaslı idarəetmə modelinin tətbiqinə mühüm töhfə verib. Nəticəəsaslı büdcə, ortamüddətli…

ətraflı

İİTKM-də Qazaxıstanın dövlət qulluqçularına dövlət idarəçiliyində tətbiq olunan innovativ texnologiyalar təqdim olunub

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Qazaxıstan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının xəttilə Azərbaycana gələn dövlət qulluqçularına ölkəmizin iqtisadi islahatlar sahəsində təcrübəsi öyrədilib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tərəfindən ölkəmizə dəvət olunan qonaqlara “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda təqdimatlar edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru…

ətraflı

Vüsal Qasımlı “İş Dünyamız” jurnalına müsahibə verib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) nəşri olan “İş Dünyamız” jurnalına müsahibə verib. “İqtisadi inkişaf intellektual potensiala bağlıdır” başlıqlı müsahibədə Vüsal Qasımlı Azərbaycanda həyata keçirilən iqtisadi islahatların analitik əsasları, dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi mexanizmləri və…

ətraflı

Vüsal Qasımlı BVF-nin regional direktorunu qəbul edib

İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Texniki Yardım Mərkəzinin (IMF CCAMTAC) direktoru Holger Floerkemeier ilə görüşüb. Vüsal Qasımlı Holger Floerkemeieri BVF-də məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb və yeni vəzifəsində regional iqtisadi əməkdaşlığın inkişafına töhfə…

ətraflı

İİTKM “International Business Magazine Awards 2026” beynəlxalq müsabiqəsində iki kateqoriya üzrə qalib olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “International Business Magazine” beynəlxalq media qurumunun təşkil etdiyi “International Business Magazine Awards 2026” müsabiqəsində iki nüfuzlu kateqoriya üzrə qalib elan olunub. Qurum “National Think Tank Excellence Award – Azerbaijan 2026” (Milli analitik mərkəz – mükəmməllik mükafatı) və “Best Research Institution Supporting National Reforms –…

ətraflı

Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru ilə görüşüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Macarıstanın Pannonia Universitetinin rektoru, professor Janos Abonyinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Vüsal Qasımlı İİTKM-in fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verərək bildirib ki, Mərkəz hazırda 25 strateji sənədin icrasının monitorinq və qiymətləndirilməsini həyata keçirir, layihə idarəetmə modulunu tətbiq edir və ölkədə proqram…

ətraflı

“Azexport” portalı Cənubi Qafqazın ən yaxşı milli elektron ticarət platforması seçilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Azexport.az” portalı Böyük Britaniyada yerləşən beynəlxalq media qurumu “Luxlife Magazine Ltd” tərəfindən təşkil olunan “Global Excellence Awards 2025” müsabiqəsində nüfuzlu mükafata layiq görülüb. Portal “İnnovasiya” nominasiyasında “2025-ci ilin qlobal bazarlara çıxış üzrə Cənubi Qafqazda ən yaxşı milli elektron ticarət platforması” (Best National Global Market Access eTrade…

ətraflı

İİTKM “InsurTech” adlı dərs vəsaitini təqdim etdi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə yazılan kitab Azərbaycanda sığorta sektorunun rəqəmsal transformasiyasını sistemli şəkildə təhlil edən ilk fundamental akademik…

ətraflı

İİTKM-də 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı bildirib ki, Mərkəz ötən il dövlət proqramlarının icrasının monitorinq və qiymətləndirilməsi üzrə 32 hesabat hazırlayıb, 100-dən çox tədbir icra edib. Hazırda İİTKM-in monitorinq və qiymətləndirməsini apardığı strateji siyasət sənədlərinin sayı 24-dür….

ətraflı

Azərbaycanın monitorinq və qiymətləndirmə institutu Tokioda Dünya Bankının tədbirində təqdim olunub

Yaponiyanın Tokio şəhərində Dünya Bankının təşkilatçılığı ilə Asiya İnkişaf Bankı İnstitutunun (ADBI) ofisində “Dünya İnkişaf Hesabatı 2026: inkişaf üçün süni intellekt” mövzusunda regional konsultasiya keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ayaz Museyibov tədbirdə çıxış edərək süni intellektin dövlət idarəçiliyinə inteqrasiyası, rəqəmsal hökumət həllərinin genişləndirilməsi, institusional və normativ çərçivənin formalaşdırılması, eləcə…

ətraflı