MULTİKULTURALİZM MƏRKƏZİNİN TƏŞKİLATÇILIĞI İLƏ AZƏRBAYCANIN XRİSTİAN DİNİ İCMA NÜMAYƏNDƏLƏRİ POLŞAYA SƏFƏR EDİB

Bakı Beynəlxalq Multikulturallizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun rəhbərliyi ilə Azərbaycanın katolik, pravoslav, protestant və Alban-udi xristian dini icmalarının nümayəndələrindən ibarət heyət Polşaya səfər edib. Səfər müddətində bir sıra görüşlər keçirilb. İlk görüş Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviç, arxiyepiskop Mixal Yanoxa ilə baş tutub. Görüş zamanı Azərbaycanın tolerantlıq və multikulturalizmə sadiqliyi, eləcə də…

ətraflı

İİTKM və AİBİ beyin mərkəzləri forumunun keçirilməsini müzakirə edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) arasında beyin mərkəzlərinin beynəlxalq səviyyədə forumunun təşkil edilməsi müzakirə olunub. Videokonfrans formatında keçən görüşdə İİTKM-in icraçı direktorunun müşaviri Ayaz Müseyibov, Mərkəzin İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva, AİBİ-nin baş icraçı direktoru Tetsuşi Sonobe və hər iki qurumdan əməkdaşlar iştirak ediblər. Müzakirələrdə Avropa,…

ətraflı

MÜSTƏQİLLİK GÜNÜ POLŞADA TƏNTƏNƏ İLƏ QEYD OLUNUB

Azərbaycan Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Varşava Milli Filarmoniyasında ölkəmizin Polşadakı səfirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə rəsmi qəbul keçirilib. Rəsmi çıxışlardan əvvəl Azərbaycanın və Polşanın Dövlət himnləri səsləndirilib. Çıxış edən ölkəmizin Polşadakı səfiri Nərgiz Qurbanova Müstəqillik Gününün tarixi barədə…

ətraflı

MULTİKULTURALİZM MƏRKƏZİNDƏ “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM” KİTABININ TƏQDİMATI KEÇİRİLİB

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində yazıçı-jurnalist İradə Məlikovanın “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan BBMM-in müşaviri Aytən Qəhrəman ölkəmizdəki çoxmədəniyyətliliyin tarixi zənginliyindən, Ümummilli Lider Heydər Əliyevin  bu istiqamətdəki müdrik siyasətindən, eləcə də Azərbaycanda yaşayan xalqların mədəniyyətinin təbliğində Multikulturalizm Mərkəzinin rolundan söz açıb. BBMM-in ölkəmizdəki müxtəlif xalqların dillərində hazırladığı nəşrlər,…

ətraflı

BMTM-də Men-Azərbaycan Cəmiyyətinin nümayəndə heyəti ilə görüş olub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) ABŞ-nin Men ştatında fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif aspektləri barədə danışan BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayeva regionda yaranan reallıqlar barədə məlumat verdi və rəsmi Bakının sülh gündəliyinə sadiq olduğunu diqqətə çatdırdı. Gülşən Paşayeva, həmçinin BMTM-in fəaliyyəti barədə…

ətraflı

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı FINTEX SAMMİT BAKI 2024-də açılış nitqi ilə çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının “BANK VƏ MALİYYƏ EKOSİSTEMİNDƏ YENİ TRENDLƏR: İNNOVATİV HƏLLƏR, FINTEX VƏ TƏHLÜKƏSİZLİK” mövzusunda FINTEX SAMMİT BAKI 2024-dəki  çıxışından əsas tezislər: “Mckinsey”-nin proqnozuna əsasən, növbəti bir neçə il ərzində Fintexlərin inkişafını təşviq edəcək əsas texnologiyalar aşağıdakılar olacaqdır: Süni İntellekt (AI), blokçeyn, bulud hesablaması, əşyaların interneti (IoT), açıq…

ətraflı

“HEYDƏR ƏLİYEV: MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEOLOGİYASI” MÖVZUSUNDA VII BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB

Mayın 7-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq elmi konfrans keçirilib. Konfransın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış nitqi ilə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayev bildirib ki, Ulu Öndər Heydər…

ətraflı

GÜRCÜSTANDA KEÇİRİLƏN KONFRANSDA MULTİKULTURAL TƏHSİL MÜZAKİRƏ OLUNUB

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsini müdiri, dosent İrina Kunina Gürcüstanın Tbilisi şəhərində keçirilən “Bölünmüş dünyada körpülərin qurulması: Dialoq və Anlaşma vasitəsilə ürəklərin diplomatiyası” adlı beynəlxalq konfransda iştirak edib. ABŞ-ın Briqam Yanq Universitetinin Beynəlxalq Hüquq və Din Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə İrina Kunina “Müəllimlərin və ictimai liderlərin təlimi: Multikultural təhsil dinlərarası dialoqu necə təşviq…

ətraflı

İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub

Xəbər verdiyimiz kimi, dünya şöhrətli ispaniyalı fotoqraf Qervasio Sançez  Fernandez Azərbaycanda səfərdədir. O, bu gün səfərinin yekun günündə Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olub. BAMF prezidenti Umud Mirzəyev qonağı qarşılayıb. Umud Mirzəyev qonağa Fondun tarixi və fəaliyyəti barədə geniş məlumat verib. O qeyd edib ki, Fondun yaradılmasında əsas məqsəd Qarabağ həqiqətlərini və Azərbaycan xalqının acılarını…

ətraflı