Azərbaycanın dünya startap reytinqində irəliləməsi ölkədə ekosistemin inkişafı istiqamətində aparılan islahatların nəticəsidir

Dünyada startap ekosistemi üzrə qiymətləndirmə aparan “Global StartupBlink” 2025-ci il üzrə “Startup Ecosystem Report 2025” hesabatını açıqlayıb. Reytinqdə Azərbaycan 6 pillə irəliləyərək 100 ölkə arasında 74-cü yerdə qərarlaşıb. Bakı şəhəri isə şəhərlərarası reytinqdə 47-ci pilləni tutaraq Mərkəzi Asiyada ən yüksək artım tempi nümayiş etdirib. Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan”…

ətraflı

İİTKM Böyük Britaniyanın “Global Brand Awards 2025” beynəlxalq müsabiqəsində mükafata layiq görülüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyada yerləşən “Global Brands Magazine” jurnalının “Global Brand Awards 2025” beynəlxalq müsabiqəsində “Texnologiya” nominasiyası üzrə ali mükafata layiq görülüb. Bu nominasiya üzrə Mərkəzə “Dataəsaslı idarəetmədə mükəmməllik” mükafatı verilib. Mükafatın təqdim olunmasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin monitorinq və qiymətləndirmə sahəsində Nazirlər Kabinetinin tapşırığı əsasında rəqəmsal platforma…

ətraflı

STM-də Bakının mənzil infrastrukturuna dair konfrans keçirildi

Bakı şəhərinin mövcud mənzil fondunun inkişafına dair aktual çağırışlar və yeni gözləntilər 19 may 2025-ci il tarixində keçirilmiş elmi-praktik konfransda ətraflı şəkildə müzakirə olunub. Konfransa Sosial Tədqiqatlar Mərkəzi ev sahibliyi edib. Tədbir müxtəlif dövlət qurumları, tənzimləyici orqanlar, ekspert dairələri və akademik ictimaiyyətin nümayəndələrini bir araya gətirib. Konfransın əsas məqsədi Bakının mövcud yaşayış fondunun cari vəziyyəti…

ətraflı

İİTKM-in tərəfdaşlığı ilə Bakıda “II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu və sərgisi” keçiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Türkiyənin “Rok Expo” şirkətinin birgə təşkilatçılığı ilə Bakıda “II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu və sərgisi” keçiriləcək. 10-12 iyun tarixlərində keçirilməsi nəzərdə tutulan tədbir Türk Dövlətləri Təşkilatına üzv…

ətraflı

İİTKM-in icraçı direktorunun müşaviri Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə keçirilən görüşdə iştirak edib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) arasında hibrid formatda görüş təşkil olunub. Görüşdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əqli mülkiyyət məsələləri üzrə” Xüsusi işçi qrupunun üzvü, İİTKM-in icraçı direktorunun müşaviri Təranə Salıfova iştirak edib. Tədbirin məqsədi Azərbaycanın Qlobal İnnovasiya İndeksində (Global Innovation Index – GII) mövqeyinin gücləndirilməsi və bu istiqamətdə…

ətraflı

Sosial Tədqiqatlar Mərkəzində “Nəsillərarası həmrəylik ailə münasibətləri və dayanıqlı inkişaf kontekstində” mövzusunda dəyirmi masa keçirilib

Sosial Tədqiqatlar Mərkəzində 14 may 2025-ci il tarixində “Nəsillərarası həmrəylik  ailə münasibətləri və dayanıqlı inkişaf kontekstində” mövzusunda dəyirmi masa keçirildi. Beynəlxalq Ailə gününə həsr olunan tədbirdə mərkəzin son nəşrlərindən biri  “Azərbaycanda nəsillərarası münasibətlər: ailə həmrəyliyi və qayğı” hesabatında irəli sürülən tədqiqat nəticələri təqdim edildi. Dəyirmi masaya moderatorluq edən STM-in İdarə Heyəti sədrinin müavini, professor Tahirə Allahyarova giriş sözü…

ətraflı

İİTKM Türk dövlətlərinin investisiya gücündən bəhs edəcək yeni kitab layihəsinə start verib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Türk İnvestisiya Fondu ilə tərəfdaşlıq çərçivəsində “Turkic States: Rising Investment Powerhouses” (Türk Dövlətləri: Yeni İnvestisiya Məkanı) adlı yeni kitab layihəsinə start verib. Layihədə dünyanın aparıcı beyin mərkəzlərindən olan alimlər və tədqiqatçılar müəllif kimi iştirak etməyə dəvət olunurlar. Beynəlxalq əməkdaşlığa əsaslanan və ingilis dilində hazırlanacaq kitabda Türk dövlətlərində iqtisadi…

ətraflı

STEM Mərkəzində “Nüvə texnologiyaları və beynəlxalq çağırışlar” mövzusunda seminar keçirilib

2025-ci il mayın 7-də STEM Analitik Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamentinin müdiri Cəlal Nağıyevin iştirakı ilə qapalı ekspert görüşü keçirilib. Görüşün mövzusu “Nüvə texnologiyaları və beynəlxalq çağırışlar” olub. Müzakirələr zamanı iştirakçılar nüvə tədqiqatları sahəsində müasir tendensiyalar və innovasiyalar, nüvə energetikası üzrə qlobal tənzimləmə, nüvə gündəliyi ilə bağlı beynəlxalq danışıqların əsasları kimi…

ətraflı

Qərbi Azərbaycana Qayıdış – Tarixi Ədalətin Bərpası Yolunda Addım

Bakı Biznes Universiteti və Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Əzəli yurd yerimiz-Qərbi Azərbaycan” adlı elmi praktik konfrans və müəllifi olduğum “Qayıdış:Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” (III cild) kitabının təqdimatı keçirildi. Kitabın müəllifi, STM-in sektor müdiri Əfqan Vəliyev bildirdi ki, Qərbi Azərbaycana qayıdış məsələsi yalnız bir köç planı deyil, milli kimliyimizin qorunması,…

ətraflı

Azərbaycanın məşğulluq siyasəti və aparılan islahatları Vyanada təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Museyibov Avstriyanın paytaxtı Vyanada Beynəlxalq Valyuta Fondunun (BVF) dəvəti ilə Birləşmiş Vyana İnstitutu (JVI) tərəfindən təşkil olunan təlim proqramında iştirak edib. Proqram çərçivəsində BVF nümayəndələri tərəfindən məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər, əmək bazarı institutlarının gücləndirilməsi, qeyri-rəsmi məşğulluğun azaldılması istiqamətində vergi siyasəti, gəlir idarəetməsi və…

ətraflı