ÇİN AZƏRBAYCANIN REGİONAL VƏ QLOBAL ROLUNU STRATEJİ BAXIMDAN DƏYƏRLƏNDİRİR

Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” ölkələrarası münasibətlər tarixində strateji baxımdan mühüm hadisədir. Bu sənədin qəbuluna qədər ötən il Astanada ölkələrimiz arasında imzalanan strateji tərəfdaşlıq haqqında bəyannamə bu günə qədər gedilən yolun başlanğıc nöqtəsi olmuşdu. İndi isə münasibətlər…

ətraflı

Bakı Limanı Trans-Avrasiya ticarətini asanlaşdırır (Birinci hissə)

2024-cü ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Bakı Limanının genişləndirilməsinin ikinci mərhələsinə başlamaq üçün 12 milyon ABŞ dolları həcmində investisiya ayrılmasına göstəriş verib. Bu mərhələ limanın illik yükaşırma qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər artırmağı hədəfləyir. Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı hərbi müdaxilə və buna cavab olaraq Qərbin tətbiq etdiyi sanksiyalar səbəbilə…

ətraflı

Azərbaycan Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqlədi

Aprelin 9-da Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin vasitəçiliyi ilə Rusiyanın və Ukraynanın davam edən sülh danışıqları ilə bağlı bəyanatını açıqladı. Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayan İlham Əliyev Ukrayna ərazilərinin bir hissəsinin atəşkəs müqabilində təhvil verilməsinə dair təklifləri kəskin şəkildə tənqid etdi. “Heç bir ölkə, ən azı mənim anlayışımda,…

ətraflı

Pekin Amerikalı konqresmenlərə sanksiya tətbiq edib

Çin ABŞ-ın keçən ay materik və Honq-Konqdakı altı məmuruna sanksiya tətbiq etməsinə cavab olaraq, aprelin 21-də bəzi ABŞ konqres üzvlərinə, hökumət rəsmilərinə və qeyri-hökumət təşkilatlarının rəhbərlərinə “Honq Konqla bağlı məsələlərdə kobud davranış” adlandırdığına görə sanksiyalar elan etdi. Daha əvvəl oxşar şəkildə Çin aprelin 1-də Tibet və Çinin işinə qarışdıqları iddiası ilə ABŞ rəsmilərinə qarşı sanksiyalar…

ətraflı

ORTA DƏHLİZ AZƏRBAYCANIN BEYNƏLXALQ İQTİSADİ ƏLAQƏLƏRİNDƏ MÜHÜM AMİLƏ ÇEVRİLİB

Azərbaycanla Çin Xalq Respublikası (ÇXR) arasında ikitərəfli əlaqələrin dinamik inkişafında nəqliyyat məsələləri xüsusi yer tutur, ölkələrimiz qarşılıqlı olaraq yükdaşımaların həcminin artırılması üçün mövcud potensialdan səmərəli şəkildə bəhrələnməyə çalışırlar. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı aparılan müzakirələr və imzalanan sənədlər sırasında nəqliyyat kommunikasiya, tranzit sahələrində əməkdaşlıq xüsusi yer tutur. Səfəri zamanı imzalanmış…

ətraflı

AZƏRBAYCAN-ÇİN ƏLAQƏLƏRİ BÜTÜN İSTİQAMƏTLƏR ÜZRƏ STRATEJİ TƏRƏFDAŞLIQ SƏVİYYƏSİNƏ YÜKSƏLDİLİR

Qlobal nizamın sürətlə dəyişdiyi müasir dövrdə Azərbaycan və Çin arasındakı əlaqələr qarşılıqlı maraqlar, bir-birini tamamlayan məqsədlər və ümumi inkişaf baxışı əsasında qurulan strateji tərəfdaşlığın uğur nümunəsi hesab olunur. 1990-cı illərdən başlayaraq, Azərbaycan-Çin əlaqələri siyasi dialoq, iqtisadi əməkdaşlıq, mədəni mübadilə və digər mühüm istiqamətlərdə əhəmiyyətli dərəcədə genişlənib. Prezident İlham Əliyevin Çinə dövlət səfəri  qarşılıqlı münasibətlərin yüksəlişində…

ətraflı

Azərbaycanla Çin arasında vizasız səyahətin iqtisadi perspektivləri

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması münasibətlərin yeni mərhələyə keçməsinə zəmin yaradır. Səfər çərçivəsində hər iki dövlətin xarici işlər nazirləri tərəfindən Azərbaycanla Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi ilə bağlı saziş imzalanıb….

ətraflı

Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişaf perspektivləri

Çin son illərdə iqtisadi inkişafındakı uğurlarla dünyanı heyrətləndirməkdədir. Belə ki, Çin 2024-cü il üzrə Ümumi Daxili Məhsulu (ÜDM) 18,5 trilyon ABŞ dolları civarında olmaqla  dünyada ABŞ-dən sonra ikinci iqtisadi gücə çevrilməkdədir. Proqnozlara görə, 2029-cu ildə Çinin ÜDM-si təqribən 24,6 trilyon ABŞ dolları dəyərində olacağı gözlənilir. 2024-cü ildə Çin təxminən 3,6 trilyon ABŞ dolları dəyərində mal ixrac etmişdir ki, bu da əvvəlki…

ətraflı

Azərbaycan–Gürcüstan əlaqələri vacib regional məsələlərdəki ortaq mövqelər vasitəsilə güclənir

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Azərbaycan–Gürcüstan əlaqələri vacib regional məsələlərdəki ortaq mövqelər vasitəsilə güclənir” sərlövhəli məqaləsi Ceymstaun Fondunun Eurasia Daily Monitor nəşrində dərc edilib. Məqalədə qeyd edilir ki, 2024-cü ilin sonlarından başlayaraq Gürcüstanın Qərb tərəfdaşları, xüsusilə Avropa İttifaqı ilə münasibətlərində yaranmış gərginlik fonunda Tbilisinin xarici siyasətində prioritet istiqamətlər dəyişməyə başladı Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelashvilinin…

ətraflı

Azərbaycan – Çin münasibətləri: formalaşması və perspektivləri

Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasından 34 ilə yaxın vaxt keçir. Çin Xalq Respublikası tərəfindən Azərbaycanın müstəqilliyinin 1991-ci ilin dekabrında tanınması və 1992-ci ilin aprelində ikitərəfli diplomatik əlaqələrin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub. 1992-ci ildə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, 1993-cü ildə isə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi fəaliyyətə…

ətraflı