MOSKVANIN TƏKLİFİ ARTIQ YEGANƏ ÇIXIŞ YOLU DEYİL

Cənubi Qafqazda sülh gündəliyinin irəlilədiyi bir vaxtda Moskva diplomatik hərəkətliliyini artırıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin son bəyanatında bildirib ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi üçün Moskva platforma təklifi qüvvədə qalır. Qaluzinin bəyanatı ilk növbədə Moskvanın regionda azalan təsirini bərpa etmək üçün başladığı simvolik və strateji mübarizə kimi də qəbul oluna…

ətraflı

BRİTANİYANIN CƏNUBİ QAFQAZ SİYASƏTİNDƏ YENİ DÖVR: SİLAH EMBARQOSU QALDIRILDI

Britaniya hökuməti Azərbaycan və Ermənistana qarşı 1992-ci ildən tətbiq olunan silah embarqosunun tamamilə ləğv edib. Bu barədə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautin tərəfindən Britaniya parlamenti rəsmi saytında yayımlanan bəyanatda deyilir. İlk növbədə bu hadisə Cənubi Qafqaz üçün mühüm geosiyasi hadisədir. Çünki bu qərar yalnız texniki və ya…

ətraflı

Xocavənd əməliyyatı (Şuşakənd-Qırmızı Bazar-Quzeyçartar cəbhəsi)

Şuşakənd-Qırmızı Bazar cəbhəsi Azərbaycan Ordusunun Üçüncü Qarabağ müharibəsində strateji əhəmiyyətli cəbhələrindən biri Şuşakənd-Qırmızı Bazar istiqamətində idi. Burada Azərbaycan mövqelərinin Xankəndi-Qırmızı Bazar yoluna yaxın olması hücum edən tərəfə üstünlük qazandırırdı. Muxtar kəndindən Şuşakəndə, oradan isə Dağyurd kəndinə qədər uzanan 16 kilometrlik cəbhə “DQR” sakinlərdən yaradılmış 33-cü batalyon tərəfindən müdafiə olunurdu. Separatçı qurumun Müdafiə Ordusunun nizami hərbi…

ətraflı

BAKI FƏRQLİ MARAQLARI BİR MASA ARXASINDA UZLAŞDIRIR

Azərbaycan son illərdə regionda balanslaşdırılmış diplomatiya aparmaqla həm Moskva, həm Tehran, həm də Qərb paytaxtları ilə əlaqələrdə sabit xətt yürüdür. Bakı üçün əsas məqsəd beynəlxalq təzyiqlərdən uzaq, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mühitinin yaradılmasıdır. Bu mənada Cənubi Qafqazda və Xəzər hövzəsində baş verən geosiyasi dəyişikliklər fonunda Bakıda keçirilən İran, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli…

ətraflı

YAXIN ŞƏRQDƏ SÜLH ERASI: AZƏRBAYCAN DA PROSESƏ TÖHFƏ VERƏN ÖLKƏLƏR SIRASINDADIR

Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə çağırılan sülh sammiti dünya miqyasında xüsusi diqqət cəlb edir. Misirin Şarm əl-Şeyx şəhərinin ev sahibliyi etdiyi bu tədbirdə Azərbaycanın da ən yüksək səviyyədə iştirakı ölkəmizin Yaxın Şərqdə sülhə töhfə verən ölkələr sırasında yer almasının daha bir konkret təzahürüdür. Elə bu kontekstdə Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarından və Misirdən…

ətraflı

PARLAMENT DİPLOMATİYASI AZƏRBAYCAN, TÜRKİYƏ VƏ PAKİSTAN ARASINDA ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIĞA MÜHÜM TƏKAN VERİR

Müasir beynəlxalq münasibətlər sistemi dinamik dəyişikliklər dövrünü yaşayır. Yeni güc mərkəzlərinin meydana gəlməsi, regional alyansların formalaşması, qarşılıqlı iqtisadi-siyasi asılılığın artması dövlətlərin müxtəlif formatlarda əməkdaşlığını aktuallaşdırır. Bu reallıq yeni əməkdaşlıq modellərinin meydana çıxmasını, dövlətlərarası münasibətlərin müxtəlif səviyyələrdə – hökumətlər, parlamentlər və ictimai institutlar müstəvisində inkişafını zəruri edir. Müasir dövrdə parlament diplomatiyası ənənəvi diplomatik münasibətlərin təkanvericisi kimi…

ətraflı

İİTKM Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2026-cı il üzrə indikativ planlaşdırma tədbirlərinə başlayıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə 2026-cı ilə dair indikativ planlaşmanın aparılması məqsədilə icraçı qurumlarla görüşlərə başlanılıb. Proses çərçivəsində oktyabr-noyabr ayları ərzində dövlət proqramı üzrə əsas icraçı qismində müəyyən edilmiş 41 qurumla müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulub. Görüşlərdə Dövlət Proqramına…

ətraflı

Kommünike üçtərəfli münasibətləri inkişafı etdirməklə tranzit daşımaları da intensivləşdirəcək

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeq arasında imzalanan üçtərəfli kommünike regional əməkdaşlıq və inkişaf üçün mühüm məsələləri əhatə edir. Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib ki,…

ətraflı

İİTKM Böyük Britaniyanın “Brands Review Magazine Awards 2025” beynəlxalq müsabiqəsində qalib olub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyada yerləşən nüfuzlu beynəlxalq media qurumu – “Brands Review Magazine Ltd” tərəfindən təşkil olunan “Brands Review Magazine Awards 2025” müsabiqəsində “Texnologiya” nominasiyası üzrə yüksək mükafatla təltif olunub. Mərkəz bu mükafata “Ağıllı Monitorinq və Qiymətləndirmə Sistemi: 2025 Azərbaycan üçün süni intellektə hazır məlumat idarəetmə innovasiyası” (Smart M&E System:…

ətraflı

Tədqiqatçının problemlərə həll yanaşması: analitik və sistemli baxış

Tədqiqatçının problemlərə yanaşması çoxşaxəli və dərin düşüncə tələb edən yanaşmadır. Problemin mahiyyətini anlamaq, sistemli təhlil aparmaq və müxtəlif perspektivlərdən baxmaq tədqiqatçının əsas xüsusiyyətlərindəndir. Analitik tədqiqatçı üçün problemi həll etmək sadəcə praktiki addımlar atmaq deyil, həm də onun səbəblərini, əlaqələrini və təsirlərini kompleks nəzərdən keçirmək deməkdir. Tədqiqatçı problemi araşdırarkən həmişə ilkin məlumat bazasını yoxlayır, fərziyyələri müstəqil…

ətraflı