“TRAMP DƏHLİZİ” AZƏRBAYCANIN COĞRAFİ VƏ SİYASİ MƏRKƏZ ROLUNU GÜCLƏNDİRİR
Cənubi Qafqazda kommunikasiya və nəqliyyat dəhlizləri uğrunda mübarizə son illərin ən mühüm geosiyasi proseslərindən birinə çevrilib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “İran və Rusiya “Tramp dəhlizi” layihəsinə etiraz etmir” açıqlaması bu mənzərədə diqqətəlayiq dönüş kimi görünür. Halbuki İkinci Qarabağ müharibəsindən dərhal sonra Tehran Zəngəzur dəhlizini özünün “qırmızı xətti” elan etmiş, Moskva isə həmin marşrutu…
